Yeni Apple patenti şirkətin öz smartfonlarında Touch ID texnologiyasına qayıdacağına işarə edir

Yeni Apple patenti şirkətin öz smartfonlarında Touch ID texnologiyasına qayıdacağına işarə edir

Mobil Cihazlar
07.07.2021 PAYLAŞIM

    Yeni Apple patenti şirkətin öz smartfonlarında Touch ID texnologiyasına qayıdacağına işarə edir. Apple barmaq izi skanı texnologiyasının Face ID ilə müqayisədə daha aşağı effektivliyə sahib olduğunu dəfələrlə qeyd etsə də, Touch ID texnologiyası yaxın gələcəkdə iPhone modellərinə geri dönüş edə bilər. Apple 2 il bundan öncə bu məsələ ilə bağlı patent əldə etmişdi. İndi isə həmin patentə aid olan yenilənmiş foto təqdim olunub. Təqdim olunmuş fotoda eyni cihaz əks olunub və həmin cihazda barmaq izi skanı texnologiyası kənar hissəyə inteqrasiya edilib. Daha əvvəl sözügedən fotoda planşetə bənzər cihaz əks olunmuşdu. Yenilənmiş fotoda isə cihaz smatfona bənzəyir.


    Fotonun sol hissəsində cihaz ekranı sönmüş vəziyyətdə, orta hissəsində aktiv vəziyyətdə, sağ hissəsində isə blokdan çıxmış vəziyyətdə əks olunub. Smartfonun blokdan çıxarılması üçün kənar hissəyə inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasından istifadə edilir və həmin hissə 501 ədədi ilə işarə edilib. Hələ bir neçə müddət bundan öncə analitiklər və insayderlər bildirmişdilər ki, Apple şirkəti barmaq izi skanı texnologiyasını iPhone-nun yandırıb/söndürmə düyməsinə inteqrasiya etməyi planlaşdırır. Əslində bu, məntiqli səslənir. Belə ki, bu cür texnologiya artıq 4-cü nəsil iPad Air modelində istifadə olunur. Bəzi məlumatlara əsasən şirkət həmçinin ekrana inteqrasiya olunacaq barmaq izi skanı texnologiyasını da test edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qatlana bilən Galaxy Z Fold 4 flaqman smartfonunun kameraları barəsində məlumatl..

Ice Universe ləqəbli məşhur insayder Samsung şirkətinin hələ təqdim edilməmiş yeni qatlana bilən sma..


Bloomberg: 'Apple USB Type-C girişinə sahib iPhone modellərini artıq test etməyə..

Keçən həftə məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, Apple şirkəti gələn ilki iPhone modellərind..


Google Pixel 6a smartfonu və naqilsiz Pixel Buds Pro qulaqlıqları təqdim olunub ..

Google şirkəti I/O 2022 konfransı çərçivəsində Pixel ailəsinin yeni məhsullarını təqdim edib...


Sony orta səviyyəli Xperia 10 IV smartfonunu təqdim edib - QİYMƏTİ

Dünən Sony şirkəti Xperia 1 IV adlı yeni flaqman smartfon modelini təqdim etmişdi. İndi isə şirkət o..


Məşhur insayder qatlana bilən Galaxy Z Fold 4-ün dizaynını sərgiləyib

OnLeaks ləqəbli məşhur insayder yaxın aylarda təqdim ediləcək qatlana bilən Galaxy Z Fold 4 flaqman ..

×