Yeni BlackBerry smartfonu barəsində ilk məlumatlar verilib

Yeni BlackBerry smartfonu barəsində ilk məlumatlar verilib

Mobil Cihazlar
12.02.2021 PAYLAŞIM

    Keçən ilin avqust ayında ABŞ-ın OnwardMobility adlı şirkəti BlackBerry brendinin geri qayıdışını və bu brendin smartfonlarının istehsalının bərpasını elan etmişdi. İndi isə yeni BlackBerry smartfonu barəsində ilk məlumatlar ortaya çıxıb. Yeni BlackBerry modellərinin istehsalı ilə OnwardMobility şirkəti Foxconn-un tərkibinə daxil olan FIH Mobile Limited şirkəti birlikdə məşğul olacaq. Artıq bu il 5G və fiziki QWERTY klaviatura dəstəkli yeni BlackBerry smartfonu satışa çıxacaq. Yeni smartfonda QWERTY klaviaturanın rellaşdırılacağı isə o deməkdir ki, şirkət öz diqqətini bu brendin pərəstişkarlarına yönəldib.


    OnwardMobility şirkətinin general direktorunun sözlərinə əsasən fiziki klaviatura produktivliyi yüksək səviyyəyə qaldırır. O həmçinin qeyd edib ki, hazırlanan yeni BlackBerry modeli yüksək keyfiyyətli təkmilləşdirilmiş kamera ilə təchiz olunacaq. Lakin yeni BlackBerry smartfonunun kamera çəkilişi mövzusunda bazar liderləri ilə rəqabət aparıb-aparmayacağı bilinmir. Yeni BlackBerry smartfonları Şimali Amerikada və Avropada satışa çıxacaqlar. Gələcəkdə isə onlar Asiya bazarında da satışa çıxa bilərlər. OnwardMobility şirkəti smartfonların istehsalını ABŞ-da reallaşdırmağı planlaşdırır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik 2023-cü il iPhone modellərində olacaq dəyişikliklərdən xəbər ver..

Bu il təqdim olunacaq iPhone 13 barəsində məlumatların ortaya çıxmaqda davam etdiyi bir vaxtda məşhu..


Xiaomi Mi Mix 4 flaqman smartfonunun render fotosu təqdim olunub

Ice Universe ləqəbli məşhur çinli insayder hələ təqdim olunmamış Mi Mix 4 smartfon modelinin keyfiyy..


Qatlana bilən Xiaomi Mi Mix Fold-un təmiri Mi 11 Pro-nun satış qiymətindən baha ..

Xiaomi-nin ilk qatlana bilən smartfonu olan Mi Mix Fold şirkətin ən bahalı smartfonu olmaqla yanaşı ..


Lenovo Legion 2 Pro gamer smartfonu təqdim olunub - QİYMƏTİ

Lenovo şirkəti Lenovo Legion 2 Pro (başqa adı Lenovo Legion Phone Duel 2) gamer smartfonunu təqdim e..


LG şirkəti dəstəyini dayandırmayacağı smartfonların adlarını açıqlayıb..

LG şirkəti mobil biznesinin bağlanmasına baxmayaraq öz smartfonlarını 3 il müddətində dəstəkləyəcəyi..


LG şirkəti son smartfon təqdimatı ilə bağlı yayılmış məlumatlara aydınlıq gətiri..

Bir neçə gün bundan öncə LG şirkəti öz mobil biznesini bağladığını rəsmi şəkildə elan etmişdi...

×