
Yeni fotolar iPhone 17 Pro modellərindəki dizayn dəyişikliyini əks etdirirlər
Cihazlar+
28.02.2025
Emil
iPhone 17-nin yeni CAD render görüntüləri bu seriyanın kamerasında dizayn dəyişiklikləri ilə bağlı yayılan şayiələri təsdiqləyirlər. Məşhur insayder Sonny Dickson-un sızdırdığı görüntülər göstərir ki, bəzi modellər Google Pixel-ə bənzər üfüqi kamera sahəsini əldə edəcəklər. Xüsusilə, görüntülərdə iPhone 17 Air adlı nazik gövdəli model nümayiş etdirilib. Şayiələrə görə, bu cihaz Plus modelini əvəz edəcək. O, daha incə gövdəyə malik olduğuna görə yalnız bir əsas kameraya sahib ola bilər.

Lakin bununla belə çox güman ki, iPhone 17 Air modeli Apple-ın 48 MP-lik kamera sensorundan istifadə edəcək. Bu sensor iPhone 16 modellərindəki kameraya bənzəyəcək və yüksək keyfiyyətli şəkillər və 4K formatında video çəkməyə imkan verəcək. iPhone 17 Pro və Pro Max modellərində Apple, ənənəvi kvadrat kamera modulundan imtina edəcək kimi görünür. Bunun əvəzinə, bütün arxa panelin eni boyunca uzanan böyük alüminium kamera sahəsi təqdim ediləcək.

Üç əsas kameranın üçbucaq formasında yerləşməsi saxlanılacaq və sol tərəfdə qalacaq. LED işıqlandırma, LiDAR sensoru və mikrofon isə sağ tərəfə köçürüləcək. Bu dizayn dəyişikliyi yalnız estetik məqsəd daşımır, həm də funksional üstünlüklər təqdim edə bilər. İstiliyin daha bərabər paylanmasına yardımçı olmaq və kamera çıxıntısını azaltmaq. Bu yeniliklər iPhone 17 Pro seriyasının dizaynında daha modern və balanslı bir yanaşma təklif etdiyini göstərir.


Mənbə: Sonny Dickson
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
iPhone 16e-nin batareya həcmi müəyyən edilib
Apple, iPhone 16e smartfonunun batareya xüsusiyyətlərini təqdimat zamanı ənənəvi olaraq açıqlamayıb. Bunun əvəzinə, şirkət yeni smartfonun digər funksiyalarına daha çox diqqət yetirib.

Təhlükəsizlik
Hakerlər Apple Find My-dakı boşluq vasitəsilə Bluetooth cihazlarını izləyə bilirlər
Corc Meyson Universitetinin tədqiqatçıları Apple Find My servisinin şəbəkəsində bir boşluq aşkar ediblər. Aşkar edilmiş boşluq hakerlərin istənilən Bluetooth cihazını gizli şəkildə izləmələrinə imkan yaradır.

Cihazlar+
Apple 2026-cı ildə iki yeni iPhone modelini təqdim edə bilər
Bloomberg-in məşhur insayderi Mark Gurman, Apple şirkətinin iPhone seriyasının gələcək inkişaf planları ilə bağlı yeni detallar paylaşıb.

Cihazlar+
iPhone 17 Pro modellərində əsas diqqət çəkiliş keyfiyyətinin artırılmasına ayrılacaq
Bloomberg-in məşhur insayderi Mark Gurman, Apple şirkətinin gələcək planları haqqında yeni detallar paylaşmağa davam edir.

Elm & Texnologiya
Apple 5G modemi öz prosessorlarına inteqrasiya edəcək
Apple modemi birbaşa prosessora inteqrasiya etməyə imkan verəcək bir texnologiya üzərində çalışır. Bu yenilik enerji səmərəliliyini artıracaq və cihazların istehsal xərclərini azaldacaq.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
