main-post-cover

    Yeni Galaxy F seriyası: Samsung şirkəti büdcəli Galaxy F41 smartfonunu təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    09.10.2020
    Farid Pardashunas
        Samsung şirkəti Galaxy F adlı yeni smartfon seriyasını təqdim edib. Sözügedən yeni seriyaya daxil olan ilk smartfon modeli isə Galaxy F41 oldu. Bu orta büdcəli smartfonun yaradılması zamanı şirkət əsas diqqəti təkmilləşdirilmiş kamera çəkilişinə və böyük batareya həcminə ayırıb. Beləliklə Galaxy F41 modeli Full HD+ keyfiyyətli 6.5 düym Super AMOLED ekrana sahibdir. Ekranın yuxarı mərkəzində isə damcı formalı çıxıntı hissə yerləşdirilib. Arxa paneldə barmaq izi skanı texnologiyası və yuxarı sol hissədə üçlü arxa kamera yerləşdirilib.
        Əsas texniki özəlliklərə gəldikdə isə Galaxy F41 smartfonu 8 nüvəli Exynos 9611 prosessoru, Mali-G72 qrafik çipi, 6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 64 MP + 8 MP (genişbucaqlı obyektiv) + 5 MP (ToF sensor) üçlü arxa kamera, 32 MP-lik ön kamera və 15 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon One UI Core 2.1 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Galaxy F41 smartfonu 16 oktyabr tarixində Hindistanda satışa çıxacaq. 64 GB daxili yaddaşa sahib model 232$-a, 128 GB daxili yaddaşa sahib model isə 246$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər