Logo
    main-post-cover

    Yeni Gibson kontrollerləri təqdim edildi

    Cihazlar+
    26.08.2026
        “Stage Tour” ritm oyununun 10 dekabrda baş tutacaq relizi ərəfəsində CRKD şirkəti üç yeni Gibson gitara kontrollerini təqdim edib. Yeni modellər klassik “Guitar Hero” dövrünün gitara kontrollerlərindən ilhamlanaraq hazırlanıb və artıq öncədən sifariş üçün əlçatandır. “Stage Tour Pro Guitar Collection” adlanan seriyaya Gibson Les Paul, Gibson SG və Gibson Explorer modelləri daxildir. Les Paul Oxblood Edition məşhur Gibson gitarasının dizaynını təkrarlayır. SG Midnight Blue Edition isə vaxtilə “Guitar Hero II” üçün nəzərdə tutulan, lakin satışa çıxarılmayan PS2 kontroller konseptindən ilhamlanıb.
    Gibson SG Midnight Blue Edition
        Kolleksiyanın ən diqqətçəkən modeli 8K Gibson Explorer: 20th Anniversary Edition olub. Ağ rəngli kontroller 2007-ci ildə “Guitar Hero II” üçün buraxılmış məşhur X-Plorer kontrollerinin müasir versiyası hesab edilə bilər. Yeni gitara kontrollerlərində Hall Effect texnologiyalı strum bar, mexaniki fret düymələri, LED işıqlandırma və aşağı gecikmə müddəti təqdim olunur. Les Paul və SG modellərində simsiz istifadə zamanı 500 Hz, kabel vasitəsilə isə 1000 Hz polling rate dəstəklənir. Explorer modeli isə həm simli, həm də simsiz rejimdə 8000 Hz göstəricisinə malikdir.
    Gibson Les Paul Oxblood Edition
        Kontrollerlər ritm oyunları sahəsində tanınan RedOctane komandası ilə əməkdaşlıq çərçivəsində hazırlanıb və “Stage Tour”un rəsmi Kramer Wireless Guitar Controller modelinə bənzər düymə quruluşundan istifadə edir. Gibson SG Midnight Blue Edition PS4, PS5 və PC ilə işləyəcək və 130 dollara satılacaq. Les Paul Oxblood Edition Xbox One, Xbox Series X/S və PC üçün 130 dollar, Android, PC və Switch üçün nəzərdə tutulan versiyada isə 120 dollar qiymətə təklif ediləcək. 8K Gibson Explorer PC, Android və Switch ilə uyğun olacaq və 130 dollara satılacaq.
    8K Gibson Explorer: 20th Anniversary Edition
        Les Paul və SG modellərinin “Stage Tour”un çıxacağı 10 dekabrda satışa başlanması planlaşdırılır. Explorer modelinin çatdırılmasına isə yanvarın ortalarında başlanacaq. “Stage Tour” PC, PlayStation 5, Nintendo Switch 2 və Xbox Series X/S üçün buraxılacaq. Oyunda gitara, bas gitara, zərb alətləri, vokal və klaviatura ilə oynamaq mümkün olacaq. Eyni zamanda dörd nəfərə qədər lokal multiplayer, onlayn liderlik cədvəlləri və platformalararası onlayn co-op dəstəyi təqdim ediləcək. Oyunun təqdimat zamanı 90-dan çox mahnı ilə gələcəyi bildirilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...