Yeni Honor 50 smartfonları təqdim olunub - QİYMƏTİ

Yeni Honor 50 smartfonları təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
17.06.2021 PAYLAŞIM

    Keçən il Huawei-dən ayrılaraq müstəqil şirkətə çevrilmiş Honor özünün yeni Honor 50 smartfon seriyasını təqdim edib. Yeni smartfon seriyasına Honor 50, Honor 50 Pro Honor 50 SE modelləri daxil olublar. Honor 50 və Honor 50 Pro modelləri yeni Qualcomm prosessoru, yüksək təsvir tezliyinə sahib ekranlar, təkmilləşdirilmiş kameralar və sürətli şarj texnologiyası əldə ediblər. Honor 50 SE modeli isə MediaTek prosessoruna sahibdir. Honor 50 və Honor 50 Pro modelləri xarici görünüşcə bir-birinə bənzəsələr də onlar arasında bəzi fərqlər mövcuddur. İlk öncə qeyd etmək lazımdır ki, hər iki smartfon, kənarları 75 dərəcə əyilmiş OLED ekrana sahibdir.


    Lakin Honor 50 modeli 6.57 düym ekran ilə təchiz olunub və onun üzərində ön kamera üçün nəzərdə tutulmuş dairəvi çıxıntı yuxarı mərkəz hissəsində yerləşdirilib. Honor 50 Pro isə 6.72 düym ekran ilə təchiz olunub və onun üzərində ön kamera çıxıntısı yuxarı sol hissədədir. Hər iki smartfonun ekranı 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyir. Bununla yanaşı barmaq izi skanı texnologiyası hər iki smartfonda ekrana inteqrasiya edilib. Smartfonların arxa panel dizaynları eynidir. Sözügedən modellər öz aralarında bəzi texniki göstəricilərə görə də fərqlənirlər. Qeyd etmək lazımdır ki, hər iki smartfon Qualcomm-un yeni 6 nanometrlik Snapdragon 778G prosessoruna sahibdir. Bunun sayəsində smartfonlar GPU Turbo X texnologiyasını dəstəkləyirlər.

    Bu texnologiya mobil oyunlarda daha axıcı təcrübə əldə etmək üçün sistem resurslarının paylanmasının optimizasiyası ilə məşğul olur. Digər özəlliklərə gəldikdə isə adi Honor 50 modeli 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 108 MP (f/1.9 diafraqma) + 8 MP (ultragenişbucaqlı obyektiv) + 2 MP + 2 MP dördlü arxa kamera, 32 MP-lik ön kamera və 66 vatt gücündə sürətli şarj texnolpgiyalı 4300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor 50 Pro modeli 8/12 GB RAM, 256 GB daxili yaddaş həcmi, 32 MP + 12 MP ikili ön kamera və 100 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Honor 50 Pro-nun arxa kameraları adi modeldəki kimidir. Şirkətin məlumatına əsasən Pro modeli 100 vatt gücündə olan sürətli şarj texnologiyası sayəsində 100% enerjini 25 dəqiqəyə yığa bilir. Hər iki smartfon MagicUI 4.2 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Ən əsası odur ki, yeni Honor 50 smartfonları qlobal bazarda Google servisləri ilə birlikdə satılacaqlar. Yeni smartfonlar 25 iyun tarixində Çində satışa çıxacaqlar. Lakin şirkət artıq təsdiqləyib ki, onlar digər ölkələrdə də satılacaqlar. Honor 50 ilə Honor 50 Pro-nun satış qiymətləri aşağıdakı kimidir:

- 8 GB RAM-a və 128 GB yaddaşa sahib Honor 50 - 422$

- 8 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 50 - 469$

- 12 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 50 - 531$

- 8 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 50 Pro - 578$

- 12 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 50 Pro - 625$.

    İndi isə gələk Honor 50 SE modelinə. Bu model xarici görünüşcə adi Honor 50-yə bənzəyir. Sözügedən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.78 düym IPS ekrana sahibdir. Ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı ekranın yuxarı mərkəz hissəsində yerləşir. Barmaq izi skanı texnologiyası isə yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.

    Əsas texniki özəlliklər baxımından smartfon 5G dəstəkli 6 nanometrlik MediaTek Dimensity 900 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 108 MP (f/1.9 difraqma) + 8 MP (f/2.2 diafraqma və 112 dərəcə bucaq təsviri) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 16 MP-lik ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor 50 SE modeli 2 iyul tarixində Çində satışa çıxacaq. Onun qlobal bazarda nə zaman satılacağı barəsində məlumat verilməyib. 128 GB yaddaşa sahib versiya 375$-a, 256 GB yaddaşa sahib versiya isə 420$-a satılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei P50 və P50 Pro təqdim olunub - QİYMƏTİ

Təqdimat tədbirinin dəfələrlə təxirə salınmasına baxmayaraq Huawei şirkəti sonunda özünün yeni flaqm..


Yeni POCO X3 GT smartfonu təqdim olunub - QİYMƏTİ

POCO brendi özünün yeni POCO X3 GT adlı smartfonunu təqdim edib.


Məşhur insayder Redmi K50 və K50 Pro smartfonları barəsində bəzi məlumatları ver..

Redmi K50 smartfon seriyasının təqdimatına hələ aylarla zaman olmasına baxmayaraq internetdə onun ba..


HMD Global yüksək dözümlülüyə sahib Nokia XR20 smartfonunu təqdim edib - QİYMƏTİ..

HMD Global şirkəti yüksək dözümlülüyə sahib Nokia XR20 smartfon modelini təqdim edib.


Qatlana bilən Galaxy Z Flip 3 smartfonunun press render fotoları təqdim olunub..

Nüfuzlu insayder Roland Quandt təqdimata hazırlaşan Galaxy Z Flip 3 qatlana bilən smartfonunun press..


iPhone 13 bir qədər daha tez şarj oluna biləcək

Verilmiş yeni məlumata əsasən bu il təqdim olunacaq iPhone modelləri aktual olan iPhone-lardan fərql..

×