Logo
    main-post-cover

    Yeni HONOR 600 Lite modeli artıq satışda

    Cihazlar+
    06.03.2026
    Ilhama
        Qlobal AI cihaz ekosistemi şirkəti HONOR bu gün Azərbaycanda yeni HONOR 600 Lite modelinin satışa çıxarıldığını elan etdi. Yeni model premium metal dizaynı, fiziki AI Kamera Düyməsi və 108MP ultra aydın kamerası ilə gündəlik istifadə təcrübəsini yeni səviyyəyə qaldırır.

       Güclü 6520mAh batareya, ağıllı AI Screen Suggestions funksiyası və yüksək səviyyəli istehsal keyfiyyəti sayəsində HONOR 600 Lite qabaqcıl texnologiyanı hər kəs üçün əlçatan edir.


        Sənaye üzrə ilk metal “unibody” dizayn

        HONOR 600 Lite bu seqmentdə ilk dəfə olaraq Vacuum Forged Aluminum Unibody texnologiyası ilə hazırlanmış metal korpus təqdim edir. Plastik çərçivələrdən fərqli olaraq, bu model möhkəm və premium metal materialdan istifadə edir.
    Cəmi 7.34 mm incəlik və təxminən 180 qram çəki ilə smartfon həm zərif, həm də dayanıqlıdır. 6.6 düymlük 1.5K AMOLED ekran 1.23 mm ultra nazik çərçivə ilə demək olar ki, sərhədsiz vizual təcrübə yaradır.
    Model 1.8 metrə qədər düşməyə davamlıdır və SGS Premium Drop & Crush Resistance sertifikatına malikdir.


        108MP kamera və AI Kamera Düyməsi

        HONOR 600 Lite-in əsas üstünlüklərindən biri fiziki AI Kamera Düyməsidir. Bir toxunuşla kamera dərhal aktivləşir və şəkil çəkilir, basıb saxlamaq isə yüksək keyfiyyətli video çəkilişini başladır.

        108MP Ultra-Clear əsas kamera yenilənmiş alqoritmlərlə detalları və teksturanı yüksək dəqiqliklə təqdim edir. Müxtəlif film üslublu filtr seçimləri istifadəçilərə yaradıcılıqlarını sərbəst şəkildə ifadə etməyə imkan verir. İstər mənzərə, istər portret – hər an peşəkar keyfiyyətdə görüntüyə çevrilir.
        6520mAh güclü batareya və yüksək performans
         Model 6520mAh yüksək tutumlu batareya ilə təchiz olunub və TÜV Rheinland sertifikatına əsasən 48 saata qədər istifadə imkanı təqdim edir. MediaTek Dimensity 7100 Elite prosessoru yüksək performans təmin edir. 45W HONOR SuperCharge texnologiyası isə sürətli enerji dolumunu mümkün edir. 8GB + 256GB yaddaş versiyası təqdim olunur, HONOR RAM Turbo texnologiyası ilə operativ yaddaş ekvivalent olaraq 24GB-a qədər genişlənə bilir.

    MagicOS 10 və ağıllı AI funksiyalar

        MagicOS 10 əsaslı AI Screen Suggestion funksiyası istifadəçilərə daha məhsuldar iş rejimi təqdim edir.
    • Circle to Search – ekrandakı məzmunu dərhal axtarış imkanı
    • AI Summary – uzun mətnlərin qısa xülasəsi
    • AI Writing – mətnlərin redaktəsi və təkmilləşdirilməsi
    • AI Voice Cloning Detection – saxta AI zənglərə qarşı təhlükəsizlik

        Bu funksiyalar AI imkanlarını gündəlik istifadədə daha əlçatan və praktik edir.

    Rəng seçimləri, qiymət və satış nöqtələri

        HONOR 600 Lite Səhra Qızılı, Məxməri Boz və Məxməri Qara rənglərində təqdim olunur.
        Model 6 mart tarixindən etibarən Azərbaycanda Irşad, Soliton, Baku Electronics, Kontakt Home və Birmarket satış şəbəkələrində 899.99 AZN qiymətlə əldə etmək olar.
    Paylaş