
Yeni Huawei Watch GT5 smart saatı barəsində təfərrüatlar ortaya çıxıb
Cihazlar+
24.07.2024
Emil
Huawei şirkəti öz yeni smart saatı üzərində çalışır. Söhbət, Huawei Watch GT5-dən gedir. Sözügedən smart saat artıq bir sıra sertifikatlaşdırma proseslərindən keçib. Sertitikatlaşdırma sənədlərinə əsasən Huawei Watch GT5 smart saatı VLI-B19 və VLI-B29 model nömrələrinə sahibdir. Məlumatda qeyd edilib ki, smart saatın VLI-B19 model nömrəsinə sahib versiyası 41 mm ölçülü gövdəni, VLI-B29 model nömrəsinə sahib versiyası isə 46 mm ölçülü gövdəni əldə edəcək. Hər iki versiyanın gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olmalıdır. Bundan əlavə olaraq məlumata əsasən Huawei Watch GT5 smart saatı 18 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Smart saat barəsində digər bir məlumat hələ yoxdur. Onun bu ilin sonuna kimi təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
