
Yeni iPad Air ilə iPad Pro barəsində məlumatlar verilib
Cihazlar+
07.12.2023
Emil
Az öncə biz yenilənmiş MacBook Air noutbukunun nə zaman təqdim ediləcəyi barəsində xəbər verdik. Lakin Apple şirkəti yenilənmiş MacBook Air ilə yanaşı həmçinin yeni iPad planşetləri üzərində də çalışır. Mark Gurman-ın sözlərinə əsasən söhbət, yeni iPad Air və iPad Pro planşetlərindən gedir. İnsayder bildirib ki, yeni iPad Air planşeti 10.9 düym və 12.9 düym ekrana sahib variantlarda, yeni iPad Pro planşeti isə 11 düym və 12.9 düym ekrana sahib variantlarda satışa çıxacaq. Məlumatda həmçinin qeyd edilib ki, yeni iPad Pro-da yüksək tezlikli təsvir yenilənməsinə sahib OLED ekran, və Apple M3 prosessoru quraşdırılacaq. Gurman bildirib ki, bu yeni iPad planşetləri çox güman ki, gələn ilin mart ayında təqdim olunacaqlar.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
