main-post-cover

    Yeni iPad Air ilə iPad Pro-da ön kamera fərqli yerdə yerləşə bilər

    Cihazlar+
    11.03.2024
    Farid Pardashunas
         Zamanında 10-cu nəsil iPad planşetində faydalı dizayn dəyişikliyi reallaşdırıldı. Belə ki, sözügedən planşetdə ön kamera ekran ətrafı çərçivənin yuxarı hissəsindən kənar hissəsinə köçürüldü. Bu isə öz növbəsində planşeti üfüqi vəziyyətdə istifadə edənlər üçün daha rahat şəkildə video zənglər etməyə imkan verdi. İnsayderlərin vermiş olduqları məlumata əsasən bu il təqdim olunacaq yeni iPad Air iPad Pro planşetlərində də həmin ön kamera dəyişikliyi reallaşdırıla bilər.
         Hal-hazırda aktual olan iPad Air və iPad Pro modellərində ön kamera ekran ətrafı çərçivənin yuxarı hissəsində yerləşir. Beləliklə istifadəçi video zəng etmək istəyən zaman planşeti məcbur şəkildə şaquli vəziyyətdə istifadə etməli olur. Lakin insayderlər bildiriblər ki, təqdim olunacaq yeni iPad Air və iPad Pro modellərində bu vəziyyət dəyişəcək. Belə ki, sözügedən planşetlərdə də ön kameranın ekran ətrafı gövdənin kənar hissəsinə inteqrasiya ediləcəyi gözlənilir. Hələ bir neçə müddət bundan öncə iOS 17.4-ün kodunda ön kameranın yeni iPad Pro-da ekran ətrafı çərçivənin kənar hissəsinə yerləşdiriləcəyinə dair məlumatlar aşkar edilmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16 Pro-nun CAD render fotoları təqdim edilib
    iphone-16-pro-nun-cad-render-fotolari-teqdim-edilib
    iPhone 16-nın 3D render fotosu təqdim edilib
    iphone-16-nin-3d-render-fotosu-teqdim-edilib
    Apple smart üzüyü prototipləşdirmə mərhələsindədir
    apple-smart-uzuyu-prototiplesdirme-merhelesindedir
    Huawei ilə rəqabət səbəbilə Çində iPhone satışları aşağı düşüb
    huawei-ile-reqabet-sebebile-cinde-iphone-satislari-asagi-dusub
    Apple 20 düym elastiki ekrana sahib MacBook üzərində çalışır
    apple-20-duym-elastiki-ekrana-sahib-macbook-uzerinde-calisir