
Yeni iPad planşetlərinin anonsları artıq çox yaxındır
Cihazlar+
12.03.2024
Emil
Biz artıq dəfələrlə məlumat vermişik ki, Apple bu il ərzində yeni iPad modellərini təqdim etməlidir. İndi isə Bloomberg saytının məşhur insayderi Mark Gurman bunun nə zaman baş verəcəyini açıqlayıb. İnsayderin sözlərinə əsasən Apple öz yeni iPad modellərini artıq bu ayın sonunda və ya gələn ayın əvvəlində təqdim edəcək. Qeyd etmək lazımdır ki, Apple keçən həftə M3 prosessoruna sahib yeni MacBook Air noutbuklarını təqdim etdi. Lakin şirkət xüsusi təqdimat tədbiri keçirtmədi. Bunun yerinə o, yeni MacBook Air modellərini press-reliz şəklində anons etdi. Gurman bildirib ki, yeni iPad modelləri halında da eyni üsuldan istifadə ediləcək. Gözləntilərə əsasən Apple yeni iPad Pro və iPad Air modellərini anons edəcək.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
