
Yeni iPad planşetlərinin konkret olaraq nə zaman təqdim olunacaqları açıqlanıb
Cihazlar+
08.04.2024
Farid
Apple şirkətinin yeni iPad planşetlərini mart ayının sonunda təqdim edəcəyi gözlənilirdi. Lakin bəzi səbəblərə görə şirkət planşetlərin təqdimatlarını qısa müddətlik təxirə salmalı oldu. Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple yeni iPad modellərini may ayının ikinci həftəsində təqdim edəcək. Məlumatda qeyd edilib ki, təqdimat 6 may tarixində baş tuta bilər. Bununla yanaşı insayder bildirib ki, planşetlərin satışları ilə məşğul olacaq mağazalar artıq bu həftə ərzində onlarla bağlı marketinq materiallarını qəbul etməlidirlər. Bu isə planşetlərin yaxın zamanda təqdim oluancaqlarına işarə edir. Qeyd etmək lazımdır ki, şirkət yeni iPad Pro ilə iPad Air-i təqdim etməlidir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
