main-post-cover

    Yeni iPad Pro ilə MacBook Air artıq istehsalat mərhələsindədirlər

    Cihazlar+
    29.01.2024
    Emil Nəcəfov
         Bloomberg saytının məşhur insayderi Mark Gurman keçən həftə məlumat vermişdi ki, yeni iPad Pro MacBook Air modelləri artıq yaz fəslində təqdim oluna bilərlər. İndi isə insayder bildirib ki, sözügedən cihazların məhz mart ayının sonunda təqdim olunacaqları gözlənilir. İnsayder bildirib ki, Apple şirkəti mart ayının sonunda növbəti təqdimat tədbirini keçirməlidir. Məlumatda həmçinin qeyd edilib ki, yeni iPad Pro ilə MacBook Air modelləri artıq istehsalat prosesindədirlər.
         İnsayderin sözlərinə əsasən mart ayının sonunda üstəlik yeni iPad Air modelinin təqdimatını da gözləmək olar. Belə ki, 2023-cü ildə Apple ümumiyyətlə yeni iPad modellərini təqdim etmədiyi üçün bu il bütün iPad modellərinin yenilənmələri gözlənilir. Qeyd etmək lazımdır ki, növbəti iPad Pro modelində gözlənilən vacib yenilik OLED ekrana keçid olacaq. Növbəti iPad Air modelinə gəldikdə isə onun 12.9 düym ölçülü böyük ekrana sahib olacaq versiyasının təqdimatı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple digər ölkələrin istifadəçilərinə kənar tətbiq mağazalarından istifadəyə imkan verməyəcək
    apple-diger-olkelerin-istifadecilerine-kenar-tetbiq-magazalarindan-istifadeye-imkan-vermeyecek
    Nəyə görə Apple kənar tətbiq mağazaları imkanını digər ölkələrdə reallaşdırmır?
    neye-gore-apple-kenar-tetbiq-magazalari-imkanini-diger-olkelerde-reallasdirmir
    Apple iOS-də kənar tətbiq mağazalarının olacağını təsdiqlədi
    apple-ios-de-kenar-tetbiq-magazalarinin-olacagini-tesdiqledi
    Apple şirkəti Apple Pencil 3 stilusu üzərində çalışır
    apple-sirketi-apple-pencil-3-stilusu-uzerinde-calisir
    Apple süni zəka üzrə innovasiyalarını iOS 18-in tərkibində təqdim edə bilər
    apple-suni-zeka-uzre-innovasiyalarini-ios-18-in-terkibinde-teqdim-ede-biler