
Yeni iPad Pro, iPad Air və MacBook Air modelləri yaz fəslində təqdim oluna bilər
Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti yaz fəslində yeni təqdimat tədbirini keçirəcək. İnsayder bildirib ki, baş tutacaq təqdimat tədbirində yeni iPad Pro, iPad Air planşetləri və MacBook Air noutbukları təqdim olunacaq. Gurman-ın fikrincə sözügedən cihazlar ya mart ya da aprel ayında təqdim olunacaq. Gözləntilərə əsasən yeni iPad Air modeli Apple M2 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı şirkət iPad Air planşetinin 10.9 düym ekranlı versiyasından əlavə olaraq 12.9 düym ekranlı versiyasını da təqdim etməlidir. Yeni iPad Pro-ya gəldikdə isə onda reallaşdırılacaq əsas yenilik OLED ekran olmalıdır. Şirkət iPad Pro-nun 11 və 13 düym ekrana sahib versiyalarını təqdim edəcək.
apple ipad
apple
apple macbook air
macbook air 2024
apple ipad pro
apple ipad pro 2024
ipad pro 2024
ipad air 2024
apple ipad air
apple ipad air 2024
apple macbook air 2024
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...