Yeni iPad Pro M3-dən daha güclü prosessoru əldə edə bilər
Cihazlar+
29.04.2024
Farid Pardashunas
Apple şirkəti yeni iPad planşetlərinin nə zaman təqdim olunacaqlarını artıq rəsmi şəkildə açıqlayıb. Yeni iPad-lar 7 may tarixində təqdim olunacaqlar. Təqdimat çərçivəsində şirkət yeni iPad Pro və iPad Air modellərini təqdim etməlidir. Daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, yeni iPad Pro modeli iki ölçüdə (11 və 13 düym) OLED ekranı və Apple M3 prosessorunu əldə edəcək. Lakin Bloomberg saytının məşhur insayderi Mark Gurman heç gözlənilmədən bildirib ki, yeni iPad Pro modeli M3 prosessorundan yan keçərək birbaşa M4 prosessorunu əldə edə bilər.
İnsayderin sözlərinə əsasən M4-ün əsas fərqləndirici yeniliyi yenilənmiş Neural Engine çipinə sahib olmasıdır. Məlumata əsasən bunun sayəsində prosessor süni zəka əməliyyatlarının yerinə yetirilməsində daha yüksək performansı sərgiləyəcək. Bununla yanaşı insayder güman edir ki, Apple yeni iPad Pro-nu süni zəka əsasında çalışan cihaz kimi qələmə verəcək. Lakin şirkətin hal-hazırda hansı süni zəka funksiyasını sərgiləyə biləcəyi tam aydın deyil. Belə ki, süni zəka üçün nəzərdə tutulmuş proqram təminatının əsas hissəsi iyun ayında baş tutacaq WWDC 2024 konfransı çərçivəsində təqdim olunacaq iOS 18 üçün planlaşdırılır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
iOS 18-də OpenAI şirkətinin süni zəka ekosistemindən istifadə edilə bilər
iOS 18-də OpenAI şirkətinin süni zəka ekosistemindən istifadə edilə bilər
Apple şirkəti iyun ayında baş tutacaq WWDC 2024 konfransı çərçivəsində iOS 18 əməliyyat sistemini təqdim edəcək.
Honor Çinin smartfon bazarının liderinə çevrilib
Honor Çinin smartfon bazarının liderinə çevrilib
International Data Corporation (IDC) şirkətinin analitikləri 2024-cü ilin birinci rübü üzrə Çinin smartfonlar bazarının göstəricilərini qiymətləndiriblər.
Apple, istehsal etdiyi məhsullarında "qanlı mineral" istifadə etdiyinə görə ittiham olunur!
Apple, istehsal etdiyi məhsullarında "qanlı mineral" istifadə etdiyinə görə ittiham olunur!
Konqo Apple-ı məhsullarında qeyri-qanuni mədənçilik yolu ilə əldə edilən minerallardan istifadə etməkdə ittiham edib. Rəsmilərin sözlərinə görə, bu mədənlər milislərin və terror qruplarının maliyyələşdirilməsinə kömək edir.
İstifadəçilərin yeni modelə keçməməsi səbəbilə aktivləşdirilən iPhone modellərinin sayı günü-gündən azalır!
İstifadəçilərin yeni modelə keçməməsi səbəbilə aktivləşdirilən iPhone modellərinin sayı günü-gündən azalır!
CIRP-nin yeni hesabatına görə, iPhone-ların aktivləşdirmə faizi son illərdə ən aşağı səviyyəyə çatıb. iPhone qiymətlərinin artması və digər amillərlə əlaqədar olaraq yeni modellərə keçid azalıb.
Apple, iPhone-larda işləyə bilən yeni süni intellekt modelini təqdim edib!
Apple, iPhone-larda işləyə bilən yeni süni intellekt modelini təqdim edib!
Apple, buludda deyil, birbaşa cihazda işləmək üçün nəzərdə tutulan OpenELM adlı süni intellekt modellərini təqdim edib.
Həftənin xəbərləri
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!