
Yeni iPad Pro-nun CAD çertyoj fotoları təqdim edilib
Cihazlar+
01.03.2024
Emil
Apple bu il yeni iPad Pro planşetlərini təqdim edəcək. Təqdim ediləcək yeni iPad Pro planşetlərində ən diqqət çəkəcək yenilik onların OLED ekrana sahib olacaqlarıdır. İndi isə məlum olub ki, yeni iPad Pro modelləri üstəlik olduqca nazik olacaqlar. Macrumors saytı tərəfindən yeni iPad Pro-nun təqdim edilmiş CAD çertyoj fotosuna əsasən 11 düym ekranlı iPad Pro-nun qalınlığı 5.1 mm təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan 11 düym ekranlı iPad Pro-nun qalınlığı 5.9 mm-dir. Bununla yanaşı məlumatda qeyd edilib ki, 12.9 düym ekranlı iPad Pro-nun qalınlığı 5 mm təşkil edəcək. Hal-hazırkı 12.9 düym ekranlı iPad Pro-nun qalınlığı isə 6.4 mm-dir.


Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
