main-post-cover

    Yeni iPhone-lar keçən ilki modellərdən daha baha qiymətə satılacaq

    Cihazlar+
    19.09.2020
    Emil Nəcəfov
        Yaxın zamanda iPhone 12 seriyasının təqdim olunması gözlənilir. Baxmayaraq ki, internetdə sözügedən smartfon seriyası barəsində çoxlu sayda məlumat var, onlardan hələ heç biri rəsmi şəkildə təsdiqlənməyib. Məsələn, son bir neçə ay ərzində insayderlər iPhone 12 modellərinin qiymətləri ilə bağlı müxtəlif məlumatlar verirdilər. Yeni məlumata əsasən isə bu ilki iPhone modelləri keçən ilki modellərdən daha bahalı olacaqlar. Bu barədə Gizchina saytı xəbər verib.
        Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, iPhone 12-nin qiyməti 549$-dan start götürə bilər. Söhbət, 5.4 düym ekrana sahib iPhone 12-nin 4G versiyasından gedir. Bu halda smartfonun 5G dəstəkli versiyası 649$-a satılmalıdır. Bununla yanaşı belə bir məlumat da yayılmışdı ki, Apple şirkəti adi iPhone 12-nin qiymətini keçən ilki iPhone 11-in qiymətində satacaq. Yəni 699$-a. Lakin insayderlərin verdikləri yeni məlumatlara əsasən bu ilki iPhone modellərinin qiymətlərində artım olacaq.
        Təqdim olunacaq iPhone 12-nin qiymətinin yüksəlməsi təkcə 5G dəstəyinin inteqrasiyası ilə deyil həmçinin smartfon komponentlərinin qiymətlərinin yüksəlməsi ilə əlaqələndirilir. Buna görə də iPhone 12-nin qiymətinin 749$-dan start götürəcəyi güman edilir. Həmçinin nəzərə almaq lazımdır ki, yüksək qiymət göstəricisi ilə yanaşı şirkət smartfon qutusundan qulaqlıqları və şarj adapterini də çıxardacaq. Bunun yerinə smartfon üçün nəzərdə tutulmuş 20 vatt-lıq şarj adapterini şirkət ayrıca satacaq. Apple şirkəti iPhone 12-nin təqdimat tarixini yaxın həftələrdə elan edə bilər.
    Linki kopyala