main-post-cover

    Yeni iPhone SE+ 5G hansı qiymətə satılacaq?

    Cihazlar+
    02.02.2022
    Farid Pardashunas
        İnternetdə yeni iPhone SE smartfon modeli ilə bağlı məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə 91mobiles saytı yaxın zamanda təqdim olunması gözlənilən yeni iPhone SE modelinin hansı qiymətə satılacağı barəsində məlumat verib. Qeyd etmək lazımdır ki, son məlumatlara əsasən bu ilki büdcəli iPhone modeli iPhone SE+ 5G adını əldə edəcək. Beləliklə verilmiş məlumata əsasən iPhone SE+ 5G smartfonu bazara 3 daxili yaddaş variantında satışa çıxacaq. Onlar A2595, A2783 A2784 model nömrələrinə sahib olacaqlar. Məlumatda qeyd edilib ki, iPhone SE+ 5G-nin qiyməti 300$-dan başlayacaq.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, aktual olan iPhone SE (2020) modelinin satışına start verilən zaman onun qiyməti 400$ təşkil edirdi. Yeni smartfonun təqdim edilmiş qiymət göstəricisi Hindistan bazarı üçün nəzərdə tutulub. Çox güman ki, digər regionlarda smartfon bir qədər baha qiymətə satılacaq. Son mləumatlara əsasən iPhone SE+ 5G modeli xarici görünüşcə iPhone SE (2020) modelinə bənzəyəcək və 4.7 düym LCD ekrana sahib olacaq. Bununla yanaşı smartfonun A15 Bionic prosessoru ilə təchiz olunacağı gözlənilir. Adından da bəlli olduğu kimi smartfon 5G şəbəkəsini dəstəkləyəcək. iPhone SE+ 5G-nin aprel və ya may ayında təqdim olunacağı güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər