
Yeni Motorola RAZR smartfonlarından birinin adı ilə xarici görünüşü rəsmi şəkildə təsdiqlənib
1 iyun tarixində Motorola RAZR smartfon seriyasının yeni modelləri təqdim ediləcək. İndi isə şirkət bu seriyaya daxil olacaq smartfonlardan birinin adını və xarici görünüşünü rəsmi şəkildə təsdiqləyib. Söhbət, Motorola RAZR 40 Ultra-dan gedir. Belə ki, şirkət sözügedən smartfonun adının və xarici görünüşünün əks olunduğu reklam bannerini Bolqarıstanın paytaxtı Sofiya şəhərində yerləşdirib. Şirkət tərəfindən yerləşdirilmiş banner də təsdiqləyib ki, Motorola RAZR 40 Ultra smartfonu böyük ölçülü xarici ekran ilə təchiz olunacaq.
Gözləntilərə əsasən xarici ekranın ölçüsü 3.6 düym təşkil edəcək və o, arxa panelin yuxarı hissəsini tamamilə əhatə edəcək. Son məlumat sızıntılarına əsasən Motorola RAZR 40 Ultra 165 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.9 düym daxili OLED ekran ilə təchiz olunacaq. Smartfonun Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacağı və 33 vatt gücündə sürətli şarj texnologiyalı 3800 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər