main-post-cover

    Yeni nəsil iPad mini nə zaman təqdim ediləcək?

    Cihazlar+
    13.05.2024
    Emil Nəcəfov
         Apple şirkəti keçən həftə iPad Air 2024iPad Pro 2024 planşetlərini təqdim etdi. Lakin məlumdur ki, şirkət həmçinin yeni nəsil iPad mini planşeti üzərində də çalışır. Bloomberg saytının məşhur insayderi Mark Gurman öz növbəsində hazırlanan yeni nəsil iPad mini barəsində bəzi məlumatları təqdim edib. Beləliklə insayder bildirib ki, yeni nəsil iPad mini planşeti özündə yeni prosessoru birləşdirəcək. Bunun sayəsində onun performans göstəricisi hal-hazırda aktual olan iPad mini-dən daha yüksək olmalıdır.
         İnsayderin sözlərinə əsasən digər texniki göstəricilər baxımından növbəti iPad mini-də ciddi dəyişikliklər olmayacaq. Burdan da belə qənaətə gəlmək olar ki, yeni nəsil iPad mini planşeti çox güman ki, 8.3 düym ölçülü Liquid Retina ekran, Touch ID, 12 MP-lik arxa kamera, 12 MP-lik ön kamera, USB-C girişi, stereo səsgücləndiricilər ilə təhciz olunacaq və üstəlik Apple Pencil stilusunun dəstəyinə sahib olacaq. Gurman bildirib ki, növbəti iPad mini modelini yaxın zamanda gözləmək lazım deyil. Belə ki, planşet ya bu ilin ikinci yarısında ya da gələn ilin əvvəlində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple iOS 18-də ChatGPT-nin istifadəsi mövzusunda OpenAI ilə razılığa gəlib
    apple-ios-18-de-chatgpt-nin-istifadesi-movzusunda-openai-ile-raziliga-gelib
    Apple qatlana bilən cihazı üçün elastiki ekran istehsalçısını seçib
    apple-qatlana-bilen-cihazi-ucun-elastiki-ekran-istehsalcisini-secib
    Yenilənmiş Siri Apple şirkətinin süni zəka strategiyasının əsas hissəsinə çevriləcək
    yenilenmis-siri-apple-sirketinin-suni-zeka-strategiyasinin-esas-hissesine-cevrilecek
    Apple, iPad Pro-nun təqdimatında yayımladığı reklam çarxına görə üzr istəyib!
    apple-ipad-pro-nun-teqdimatinda-yayimladigi-reklam-carxina-gore-uzr-isteyib
    Apple qatlana bilən cihazlar üçün şarnir konstruksiyasını patentləşdirib
    apple-qatlana-bilen-cihazlar-ucun-sarnir-konstruksiyasini-patentlesdirib