Yeni OnePlus 10T flaqman smartfonu təqdim olunub - QİYMƏTİ

Yeni OnePlus 10T flaqman smartfonu təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
03.08.2022 PAYLAŞIM

    OnePlus şirkəti yeni flaqman smartfonu olan OnePlus 10T-ni təqdim edib. Bu smartfon flaqman smartfonlar sırasına daxil olsa da şirkət onun bəzi özəlliklərini əvvəlki flaqman smartfonlarından fərqli olaraq bir qədər sadələşdirib. Buna bamayaraq bəzi göstəricilər baxımından o yenə də daha öncə təqdim edilmiş OnePlus 10 Pro-nu geridə qoyur. Beləliklə OnePlus 10T modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön  kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.


    Barmaq izi skanı texnologiyası da həmçinin birbaşa ekrana inteqrasiya edilib. Smartfon özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi və stereo səsgücləndiriciləri birləşdirir. OnePlus 10 Pro-dan fərqli olaraq yeni smartfonun ekranının kənar hissələri bir qədər əyilmiş dizayndan məhrum olublar. Bundan əlavə olaraq OnePlus 10T-də smartfonun səssiz rejimə keçirilməsi üçün nəzərdə tutulmuş ayrıca düymə də rellaşdırılmayıb. Şirkətin verdiyi məlumata əsasən bu cür düymə smartfon gövdəsində çox yer tutur.

    Əsas texniki göstəricilər baxımından OnePlus 10T modeli 8 nüvəli Snadragon 8+ Gen 1 prosessoru, 8/12/16 GB RAM, 128/256 GB daxili yaddaş həcmi (microSD dəstəyi yoxdur), 50 MP (f/1.8 diafraqma, optik stabilizasiya) + 8 MP (f/2.2 diafraqma, 120 dərəcə bucaq əhatəsi, fikslənmiş fokus) + 2 MP (f/2.4 diafraqma, 2-4 sm fokus məsafəsi) üçlü arxa kamera, 16 MP-lik (f/2.4 diafraqma, fikslənmiş fokus, elektron stabilizasiya) ön kamera və 150 vatt gücündə sürəti şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon OxygenOS 12.1 interfeysli Android 12 vasitəsilə çalışır. OnePlus 10T 29 sentyabr tarixində satışa çıxacaq. Çox güman ki, smartfonun 12 GB RAM-a və 256 GB yaddaşa sahib versiyası ABŞ-da və Avropada satılmayacaq. Lakin digər iki modelin qiyməti aşağıdakı kimi olacaq:

- 8 GB RAM + 128 GB yaddaş - 649$

- 16 GB RAM + 256 GB yaddaş - 749$.



DAHA ÇOX


Google Pixel 8a-nın real fotoları ortaya çıxıb

Google Pixel 8 smartfon seriyasının hələ gələn ay təqdim olunacağına baxmayaraq internetdə artıq Pix..


Samsung Galaxy A05-in reklam materialları təqdim edilib

Biz artıq bir neçə dəfə xəbər vermişik ki, Samsung şirkəti Galaxy A05 adlı yeni büdcəli smartfon üzə..


Redmi Note 13, Note 13 Pro və Note 13 Pro+ təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti Çində baş tutmuş təqdimat tədbiri çərçivəsində Redmi Note 13 smartfon seriyasını təqd..


Honor X40 GT Racing Edition smartfonu təqdim edilib - QİYMƏTİ

Honor şirkəti X40 GT Racing Edition adlı yeni smartfonunu təqdim edib.


Elektromobil istehsalçısı NIO öz ilk smartfonu NIO Phone-nu təqdim edib - QİYMƏT..

Çinin elektromobil istehsalçısı olan NIO şirkəti NIO Phone adlı ilk smartfonunu təqdim edib.


Samsung Galaxy S23 FE müxtəlif regionlarda fərqli prosessorlara sahib olacaq

Google Play Console servisində Samsung Galaxy S23 FE smartfonunun iki versiyada qeydiyyat məlumatlar..

×