Reklam
Yeni OnePlus 9RT smartfonu və naqilsiz Oneplus Buds Z2 qulaqlıqları təqdim olunub - QİYMƏTİ

Yeni OnePlus 9RT smartfonu və naqilsiz Oneplus Buds Z2 qulaqlıqları təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
13.10.2021 PAYLAŞIM

    OnePlus şirkti yeni OnePlus 9RT smartfonunu təqdim edib. Bu model ilin əvvəlində təqdim edilmiş OnePlus 9R-in təkmilləşdirilmiş versiyasıdır. Maraqlısı ondadır ki, yeni OnePlus 9RT modeli tamamilə yeni texniki özəlliklər ilə yanaşı yeni xarici görünüş də əldə edib. OnePlus 9RT 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym E4 OLED ekran ilə təchiz olunub. Ekranın yuxarı sol hisəssində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib.


    Əsas texniki özəlliklərə gəldikdə isə smartfon Snapdragon 888 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP (f/1.8 diafraqma, OIS) + 16 MP (f/2.2 diafraqmalı və 123 dərəcə bucaq təsvirli ultragenişbucaqlı obyektiv) + 2 MP (f/2.4 diafraqmalı makroobyektiv) üçlü arxa kamera, 16 MP-lik (f/2.4 diafraqma) ön kamera və 65 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipə də sahibdir. OnePlus 9RT 19 oktyabr tarixində satışa çıxacaq. Onun satış qiymətləri isə aşağıdakı kimidir:

- 8 GB RAM + 128 GB yaddaş - 512$

- 8 GB RAM + 256 GB yaddaş - 543$

- 12 GB RAM + 256 GB yaddaş - 590$.

    OnePlus 9RT smartfonu ilə birlikdə şirkət həmçinin yeni naqilsiz OnePlus Buds Z2 qulaqlıqlarını da təqdim edib. Əvvəlki OnePlus Buds Z modelindən fərqli olaraq yeni Buds Z2 modeli ətraf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləyir. Yeni qulaqlıqlar 11 düym-lük dinamik drayverlər ilə təchiz olunublar. Qulaqlıqların silikon materialdan hazırlanmış başlıqları dəyişdirilə bilir və onların müxtəlif ölçüdə variantları var. Xarici görünüşcə yeni qulaqlıqlar əvvəlki modelə bənzəyirlər. Bundan əlavə olaraq Buds Z2-nin gövdəsinə əlavə mikrofonlar inteqrasiya edilib. Onlar isə öz növbələrində ətraf səs-küyün aktiv boğulmasından cavabdehdirlər.

    Şirkətin məlumatına əsasən bunun sayəsində qulaqlıqlar ətraf səs-küyün 40 dB-ə (desibel) kimi boğulmasını təmin edirlər. OnePlus Buds Z2 həmçinin Dolby Atmos, Bluetooth 5.2 texnologiyalarını dəstəkləyir və qulaqlıqların gövdələri IP55 standartı üzrə sudan qorunma özəlliyinə sahibdirlər. Ətraf səs-küyün aktiv boğulması funksiyasının deaktiv olduğu halda yeni qulaqlıqlar şarj keysi ilə birlikdə 38 saat ərzində, ətraf səs-küyün aktiv boğulması funksiyasının aktiv olduğu halda isə 27 saat ərzində çalışırlar. OnePlus Buds Z2 77$ qiymətində satışa çıxacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Galaxy S23 və Galaxy S23+ smartfonlarının dizaynları sərgilənib

OnLeaks ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdim olunacaqları gözlənilən Galaxy S23 və Ga..


Orta büdcəli Xiaomi Civi 2 smartfonu təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti ilk növbədə gənclər üçün nəzərdə tutulmuş Civi 2 smartfonunu təqdim edib...


Samsung smartfonlar üçün ekranın alt hissəsinə yerləşdirilən ikili ön kamera tex..

Smartfon istehsalçılarının bir hissəsi öz məhsullarının ekranlarında müxtəlif çıxıntı hissə ilə təcr..


Apple gələn il iPhone 15 Pro Max-ı iPhone 15 Ultra ilə əvəzləyə bilər

Bloomberg saytının jurnalisti Mark Gurman-ın fikrincə gələn il Apple şirkəti adi iPhone modelləri il..


iPhone 14 Pro-nun yol-nəqliyyat qəzasını təyin etmək funksiyası test edilib (VİD..

Bu ayın əvvəlində təqdim edilmiş yeni iPhone 14 smartfonları təkcə Dynamic Island adlı çıxıntı hissə..


LG-nin uzana bilən ekrana sahib smartfonu sərgilənib (VİDEO)

Öz mobil şöbəsinin bağlanmasından bir neçə ay öncə LG şirkəti CES 2021 sərgisi çərçivəsində uzanan e..

×