main-post-cover

    Yeni OnePlus Nord CE smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    11.06.2021
    Emil Nəcəfov
        OnePlus şirkəti xüsusi təqdimat tədbiri çərçivəsində OnePlus Nord CE smartfonunu təqdim edib. Qeyd etmək lazımdır ki, bu, keçən il təqdim edilmiş OnePlus Nord modelinin yenilənmiş versiyasıdır. Beləliklə OnePlus Nord CE smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.43 düym Fluid AMOLED ekrana sahibdir. Ekran Always on Display funksiyasını dəstəkləyir. Bununla yanaşı ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Smartfonun qalınlığı cəmi 7.9 mm təşkil edir və onda 3.5 mm-lik audiogiriş hissəsi reallaşdırılıb.
        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 750G prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP (f/1.79 diafraqma) + 8 MP (119 dərəcə bucaq təsviri) + 2 MP (monoxrom obyektiv) üçlü arxa kamera, 16 MP-lik ön kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şirkətin verdiyi məlumata əsasən smartfon 70% enerjini 30 dəqiqəyə yığır. Yeni OnePlus Nord CE modeli Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon Avropa bazarında artıq satışa çıxıb. 8 GB RAM ilə 128 GB daxili yaddaşa sahib model 329 avroya, 12 GB RAM ilə 256 GB daxili yaddaşa sahib model isə 399 avroya satılır.
    Linki kopyala