main-post-cover

    Yeni orta büdcəli OnePlus Nord N20 smartfon modelinin dizaynı sərgilənib

    Cihazlar+
    07.04.2022
    Farid Pardashunas
        İnsayderlərin verə biləcəkləri məlumatları gözləmədən OnePlus şirkəti yeni orta büdcəli smartfon modelinin render fotosunu özü təqdim edib. Qeyd etmək lazımdır ki, söhbət, OnePlus Nord N20 smartfonundan gedir. Bundan əlavə olaraq bu smartfonun bəzi texniki özəllikləri də məlum olub. Beləliklə OnePlus tərəfindən verilmiş məlumata əsasən OnePlus Nord N20 smartfonu 60 Hz-lik təsvir yenilənməsinə sahib 6.43 düym AMOLED ekran ilə təchiz olunacaq. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya ediləcək.
        Bununla yanaşı məlum olub ki, OnePlus Nord N20 modeli SuperVOOC adlı sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Smartfonun digər texniki özəllikləri barəsində rəsmi məlumat verilməyib. Lakin insayderlərin verdikləri məlumata əsasən smartfon Snapdragon 695 prosessoru vasitəsilə çalışacaq. Çox güman ki, OnePlus Nord N20 modeli 6 GB RAM, 128 GB daxili yaddaş həcmi və 48 Mp + 8 MP ikili arxa kamera ilə təchiz olunacaq. Smartfonun təqdimat tarixi, qiyməti və hansı regionlarda satılacağı barəsində də məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər