Reklam
Yeni orta büdcəli OnePlus Nord N20 smartfonu təqdim edilib - QİYMƏTİ

Yeni orta büdcəli OnePlus Nord N20 smartfonu təqdim edilib - QİYMƏTİ

Mobil Cihazlar
20.04.2022 PAYLAŞIM

    OnePlus Nord smartfon seriyasına Nord N20 adlı yeni smartfon daxil olub. Snapdragon prosessoru əsasında çalışan bu smartfon öz dizaynı, təkmilləşdirilmiş kameraları və sürətli şarj texnologiyasının dəstəyi ilə fərqlənir. Beləliklə OnePlus Nord N20 smartfonu 60 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.43 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı sol hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfon özündə kontaktsız ödənişlər üçün NFC çipini və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir.


    Əsas texniki göstəricilərə gəldikdə isə OnePlus Nord N20 modeli 6 nanometrlik 8 nüvəli Snapdragon 695 prsessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 64 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, smartfonun arxa kameraları saniyədə 30 kadr sürətlə 1080p 720p keyfiyyətində videolar çəkə bilirlər. Smartfonun ön kamerası da saniyədə 30 kadr sürətlə həmin keyfiyyətdə videoların çəkilməsi imkanına sahbdir. OnePlus Nord N20 modeli OxygenOS 11 interfeysli Android 11 vasitəsilə çalışır. Smartfon bu ayın sonunda 282$ qiymətində satışa çıxacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


POCO F4 və POCO X4 GT smartfonları təqdim olunub - QİYMƏTİ

Xiaomi tərəfindən keçirilmiş rəsmi təqdimat çərçivəsində POCO brendi öz yeni smartfonlarını təqdim e..


Nothing Phone (1)-in bəzi texniki özəllikləri Geekbench vasitəsilə təsdiqlənib..

Təqdimata hazırlaşan Nothing Phone (1) smartfonunun dizaynı və hətta çalışma prosesi daha öncədən sə..


iPhone 14 smartfonları bir dəfə şarj olunandan sonra əvvəlki iPhone-lardan daha ..

Çinin Baidu adlı sosial şəbəkəsində iPhone 14 smartfonlarının vacib özəlliklərindən birini əhatə edə..


6000 mAh batareyaya sahib büdcəli Galaxy F13 smartfonu təqdim olunub - QİYMƏTİ..

Samsung şirkəti Galaxy F13 adlı yeni büdcəli smartfonunu təqdim edib.


Nothing Phone (1)-in hərtərəfli dizaynı və unikal funksiyaları sərgilənib (VİDEO..

MKBHD adlı Youtube kanalının müəllifi məşhur blogger Marques Brownlee OnePlus şirkətinin keçmiş həmt..


Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fotoları ortaya çıxıb

Twitter-də Xiaomi şirkətinin təqdimata hazırlaşan Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fot..

×