
Uzun müddət ərzində oilmuş müxtəlif məlumat sızıntılarından sonra Motorola şirkəti Motorola RAZR seriyasının yeni smartfonlarının nə zaman təqdim olunacağını elan edib. Şirkətin verdiyi rəsmi məlumata əsasən yeni qatlana bilən qapaqlı Motorola RAZR smartfonları 1 iyun tarixində təqdim olunacaq. Son məlumat sızıntılarına əsasən bu dəfə Motorola RAZR seriyasına iki smartfon daxil olacaq. Söhbət, Motorola RAZR 40 və RAZR 40 Ultra-dan gedir.
Motorola RAZR 40 modelinin texniki özəllikləri barəsində heç bir məlumat yoxdur. Motorola RAZR 40 Ultra-ya gəldikdə isə onun 120-144 Hz-lik təsvir yenilənməsinə sahib 2640x1080 piksel keyfiyyətli daxili AMOLED və 1056x1066 piksel keyfiyyətli xarici AMOLED ekran ilə təchiz olunacağı gözlənilir. Bundan əlavə olaraq smartfon Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq və özündə 4000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.