Yeni qatlana bilən qapaqlı Motorola Razr 50 və Razr 50 Ultra smartfonları təqdim edilib - QİYMƏTİ
Cihazlar+
25.06.2024
Emil Nəcəfov
Motorola şirkəti daha öncə də söz verdiyi kimi yeni qatlana bilən qapaqlı smartfonlarını təqdim edib. Söhbət, Motorola Razr 50 və Razr 50 Ultra smartfonlarından gedir. Hər iki smartfon xarici görünüşdə oxşardır. Onlar öz aralarında sadəcə bəzi texniki göstəricilər baxımından fərqlənirlər. İlk öncə adi Motorola Razr 50 modelinə nəzər yetirək. Beləliklə bu model 10 Hz-dən 120 Hz-ə qədər təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.9 düym ölçülü daxili pOLED ekranla və 90 Hz-lik təsvir yenilənməsinə sahib 1066x1056 piksel keyfiyyətli 3.6 düym ölçülü xarici pOLED ekranla təchiz olunub.
Xarici ekran üstəlik Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub. Daxili ekranın maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edir. Adi Motorola Razr 50 modeli MediaTek Dimensity 7300X prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 13 MP ikili arxa kameraya və 32 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə Motorola Razr 50 smartfonu 33 vatt gücündə sürətli şarj texnologiyalı 4200 mAh enerji tutumlu batareyanı əldə edib və üstəlik 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Motorola Razr 50 Ultra Full HD+ keyfiyyətli 6.9 düym ölçülü daxili OLED ekrana sahibdir. Lakin adi Motorola Razr 50-dən fərqli olaraq Ultra modelində daxili ekran 165 Hz-lik təsvir yenilənməsini dəstəkləyir.
Bundan əlavə olaraq Ultra modelin xarici ekranı da daha böyükdür. Belə ki, smartfon 165 Hz-lik təsvir yenilənməsinə sahib 1272x1080 piksel keyfiyyətli 4 düym ölçülü OLED ekranı əldə edib. Razr 50 ilə müqayisədə Razr 50 Ultra modeli Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışır. O özündə 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda Razr 50 Ultra 50 MP + 50 MP ikili arxa kameraya və 32 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Motorola Razr 50 smartfonları artıq Çin bazarında satışa çıxıblar. Onların Çindəki satış qiymətləri aşağıdakı kimidir.
- 8 GB RAM-a və 256 GB yaddaşa sahib Motorola Razr 50 - 309$
- 12 GB RAM-a və 512 GB yaddaşa sahib Motorola Razr 50 - 550$
- 12 GB RAM-a və 256 GB yaddaşa sahib Motorola Razr 50 Ultra - 784$
- 12 GB RAM-a və 512 GB yaddaşa sahib Motorola Razr 50 Ultra - 853$.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Təqdimata hazırlaşan Motorola Razr 50 Ultra smartfonu Geekbench testlərindən keçib
Təqdimata hazırlaşan Motorola Razr 50 Ultra smartfonu Geekbench testlərindən keçib
Motorola şirkəti keçən həftə öz yeni qatlana bilən qapaqlı smartfonlarının təqdimatlarını anons etdi. Söhbət, Motorola Razr 50 və Razr 50 Ultra smartfonlarından gedir.
Qatlana bilən qapaqlı Moto Razr 50 smartfonlarının təqdimatları anons edilib
Qatlana bilən qapaqlı Moto Razr 50 smartfonlarının təqdimatları anons edilib
Motorola şirkəti özünün yeni qatlana bilən qapaqlı smartfonlarının təqdimatlarını anons edib. Söhbət, Moto Razr 2024 smartfon seriyasından gedir.
Orta büdcəli Moto G85 smartfonunun əsas texniki imkanları məlum olub
Orta büdcəli Moto G85 smartfonunun əsas texniki imkanları məlum olub
Motorola şirkəti hal-hazırda yeni orta büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, Moto G85-dən gedir.
Motorola Edge (2024) smartfonu təqdim edilib - QİYMƏTİ
Motorola Edge (2024) smartfonu təqdim edilib - QİYMƏTİ
Motorola şirkəti özünün Edge smartfon seriyasının yeni modelini təqdim edib. Yeni model Motorola Edge (2024) adlanır. Motorola-nın bu yeni smartfonu böyük ölçülü ekranı və böyük həcmli batareyası ilə seçilir.
Hələ təqdim edilməmiş Moto G85-in texniki imkanları açıqlanıb
Hələ təqdim edilməmiş Moto G85-in texniki imkanları açıqlanıb
Motorola-nın hələ təqdim edilməmiş Moto G85 adlı smartfonunun render fotoları bir neçə gün bundan öncə ortaya çıxmışdılar.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!