main-post-cover

    Yeni Redmi Note 11, Note 11 Pro və Note 11 Pro+ smartfonları təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    28.10.2021
    Farid Pardashunas
        Redmi brendi Redmi Note 11 smartfon seriyasını təqdim edib. Sözügedən seriyaya Redmi Note 11, Note 11 Pro Note 11 Pro+ smartfonları daxil olublar. Gəlin adi Redmi Note 11-dən başlayaq. Note 11 Pro və Note 11 Pro+ modellərindən fərqli olaraq adi Note 11 modeli çox sadələşdirilmiş tərzdə reallaşdırılıb. Lakin buna baxmayaraq bu smartfon öz qiyməti qarşılığında orta səviyyəli göstəriciləri təqdim edir. Redmi Note 11 modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym LCD ekran əldə edib. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı mövcuddur. Onu da qeyd etmək lazımdır ki, smartfonda ekranın təsvir yenilənməsinin 60-50 Hz-ə endirmək imkanı reallaşdırılıb.
        Pro modellərdən fərqli olaraq adi Note 11-in ekran ətrafı çərçivələri də bir qədər qalındır. Barmaq izi skanı texnologiyası smartfonun kənar hissəsinə inteqrasiya edilib. Texniki göstəricilərə gəldikdə isə Redmi Note 11 modeli 8 nüvəli və 5G dəstəkli MediaTek Dimensity 810 prosessoru, 4/6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP + 8 MP ikili arxa kamera, 16 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şirkətin verdiyi məlumata əsasən smartfon 100% enerjini 62 dəqiqə ərzində yığa bilir.  Redmi Note 11 modeli MIUI 12.5 interfeysli Android 11 vasitəsilə çalışır. Onun satış qiymətləri isə aşağıdakı kimidir:
    - 4 GB RAM + 128 GB yaddaş - 185$
    - 6 GB RAM + 128 GB yaddaş - 205$
    - 8 GB RAM + 128 GB yaddaş - 235$
    - 8 GB RAM + 256 GB yaddaş - 265$.
        İndi isə gələk Pro modellərə. Redmi Note 11 Pro və Note 11 Pro+ modelləri xarici görünüşcə eynidirlər və demək olar eyni texniki özəlliklərə sahibdirlər. Onlar öz aralarında yalnız batareya həcmi və dəstəklənən sürətli şarj texnologiyası üzrə fərqlənirlər. Hər iki smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym AMOLED ekran ilə təchiz olunub. Adi Note 11 modelində olduğu kimi Pro modellərin ekranlarının mərkəz hissələrində də ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası isə smartfonların yandırıb/söndürmə düymələrinə inteqrasiya edilib.
        Əsas texniki özəlliklərə gəldikdə Pro modellər MediaTek Dimensity 920 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 108 MP + 8 MP (120 dərəcə bucaq təsviri) + 2 MP üçlü arxa kamera və 16 MP-lik ön kamera ilə təchiz olunub. Əvvəldə də qeyd edildiyi kimi sözügedən smartfonlar öz aralarında batareya həcmi və dəstəklənən sürətli şarj texnologiyası ilə fərqlənirlər. Belə ki, Redmi Note 11 Pro modeli 67 vatt gücündə sürətli şarj texnologiyalı 5160 mAh, Redmi Note 11 Pro+ modeli isə 120 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyaya sahibdir. Hər iki smartfon MIUI 12.5 interfeysli Android 11 vasitəsilə çalışır. Pro modellərin satış qiymətləri aşağıdakı kimidir:
    - 6 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi Note 11 Pro - 250$
    - 8 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi Note 11 Pro - 297$
    - 8 GB RAM-a və 256 GB yaddaşa sahib Redmi Note 11 Pro - 328$
    - 6 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi Note 11 Pro+ - 297$
    - 8 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi Note 11 Pro+ - 328$
    - 8 GB RAM-a və 256 GB yaddaşa sahib Redmi Note 11 Pro+ - 359$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər