
Yeni render fotolarda Xiaomi 14 Ultra-nın həm arxa həm də ön paneli əks olunub
Cihazlar+
15.02.2024
Emil
Dünən Mysmartprice saytı təqdimata hazırlaşan Xiaomi 14 Ultra-nın render fotolarını təqdim etmişdi. Dünənki render fotolarda smartfonun yalnız arxa paneli əks olunmuşdu. Mysmartprice saytının təqdim etmiş olduğu yeni render fotolarda isə smartfonun həm arxa paneli həm də ön paneli əks olunub. Yeni render fotolardan da görmək olar ki, Xiaomi 14 Ultra xarici görünüşcə Xiaomi 13 Ultra-dan fərqlənməyəcək.

Yeni smartfon yastı ekranı əldə edəcək və onun yuxarı mərkəz hissəsində kiçik dairəvi çıxıntı yerləşəcək. Smartfonun arxa panelində böyük ölçülü dairəvi kamera sahəsi yerləşəcək. Son məlumat sızıntılarına əsasən Xiaomi 14 Ultra 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 6.73 düym AMOLED ekranla təchiz olunacaq, Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq, 50 MP + 50 MP + 50 MP + 50 MP dördlü arxa kameranı əldə edəcək və özündə 5300 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Xiaomi 14 Ultra-nın 25 fevral tarixində təqdim olunacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
