Logo
    main-post-cover

    Yeni Samsung Galaxy Fan Edition cihazlarının nə zaman təqdim olunacaqları məlum olub

    Cihazlar+
    27.09.2023
    Emil
        Samsung şirkətinin yaxın zamanda özünün Galaxy Fan Edition (FE) cihazlarını təqdim edəcəyi gözlənilir. Söhbət, Galaxy S23 FE smartfonundan, Galaxy Tab S9 FE planşetlərindən və Galaxy Buds FE naqilsiz qulaqlığından gedir. Məlum olub ki, Samsung-un Argentina üzrə filialının saytında bu cihazların nə zaman təqdim ediləcəkləri barəsində məlumat ortaya çıxıb. Məlumat saytdan tez bir zamanda silinsə də, internetdə artıq yayılıb. Saytdan silinmiş məlumata əsasən Samsung Galaxy Fan Edition məhsulları 4 oktyabr tarixində təqdim olunacaq. Yəni artıq gələn həftə.
    Paylaş
    Bənzər xəbərlər