main-post-cover

    Yeni Samsung Galaxy smartfonları telefon danışıqlarını tərcümə edə biləcəklər

    Cihazlar+
    08.01.2024
    Emil Nəcəfov
         Samsung şirkəti 17 yanvar tarixində Galaxy Unpacked 2024 tədbirini keçirəcək. Sözügedən tədbirdə Galaxy S24 smartfon seriyası təqdim olunacaq. Lakin şirkət öz əsas diqqətini smartfonlara deyil, onlarda olan süni zəka funksiyalarına ayıracaq. Samsung tədbir çərçivəsində mobil süni zəkanın yeni dövrünü sərgiləməyə hədəflənib. Mobil süni zəkanın yeni dövrü dedikdə nəyin nəzərdə tutulduğu barəsində bəzi məlumatları Samsung Electronics Mexico-nun Mobile eXperience şöbəsinin rəhbəri Rene Castillo təqdim edib. Samsung Mexico rəsmi saytında qeyd edilmiş məlumatda Castillo qeyd edib ki, AI Live Translate Call adlı funksiya sayəsində şirkətin yeni smartfonları istifadəçilərə fərdi tərcüməçini təqdim edəcəklər.
         Bununla belə təqdim ediləcək tərcüməçi istənilən zaman istifadəçi üçün aktiv olacaq. “Digər dildə danışan insana zəng etmək və onun dediklərini anlamaq hər hansısa filmdə altyazının aktivləşdirilməsi qədər sadə olacaq. Hal-hazırda bu, elmi fantastika kimi səslənir. Lakin bu, yaxın zamanda Galaxy AI vasitəsilə reallığa çevriləcək” - deyə Rene Castillo qeyd edib. Onun sözlərinə əsasən bu yeni imkan smartfonlardakı Phone tətbiqinə inteqrasiya ediləcək. Funksiya həm mətnin həm də nitqin tərcüməsini mümkün edəcək. Mətn dedikdə çox güman ki, söhbət, mətn formatında olan mesajlardan gedir. Tərcümə prosesi isə real zaman ərzində baş verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Galaxy A52 LTE üçün istifadəyə verilib
    android-14-esasli-oneui-60-in-stabil-versiyasi-galaxy-a52-lte-ucun-istifadeye-verilib
    Samsung Galaxy S24-ün təqdimatı rəsmi şəkildə anons edilib (VİDEO)
    samsung-galaxy-s24-un-teqdimati-resmi-sekilde-anons-edilib-video
    Samsung Galaxy A55-in render fotoları təqdim edilib
    samsung-galaxy-a55-in-render-fotolari-teqdim-edilib
    Samsung Galaxy A35-in render fotoları təqdim edilib
    samsung-galaxy-a35-in-render-fotolari-teqdim-edilib
    Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Samsung Galaxy M13 5G üçün istifadəyə verilib
    android-14-esasli-oneui-60-in-stabil-versiyasi-samsung-galaxy-m13-5g-ucun-istifadeye-verilib