main-post-cover

    Yeni Xiaomi Black Shark 4S və 4S Pro gamer smartfonları təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    13.10.2021
    Emil Nəcəfov
        Xiaomi şirkəti Black Shark 4Black Shark 4 Pro gamer smartfonlarının yenilənmiş versiyalarını təqdim edib. Söhbət, Black Shark 4S4S Pro modellərindən gedir. Təqdim edilmiş yeni modellər əvvəlkilərdən bir qədər fərqli dizayn və texniki özəlliklər ilə fərqlənirlər. Hər iki smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym AMOLED ekran ilə təchiz olunub. Smartfonların ekranları həmçinin HDR10+ texnologiyasının dəstəyinə sahibdirlər. Bununla yanaşı onların gövdələrinin sağ hissələrində xüsusi fiziki idarəetmə düymələri yerləşdirilib.
        Bu düymələr mobil oyunlarda idarəetməni rahat şəkildə reallaşdırmaq üçün nəzərdə tutulub. İstifadəçi istəyə uyğun olaraq həmin fiziki düymələri gövdənin daxilində gizlədə bilər. Smartfonlar öz aralarında prosessor, daxili yaddaş həcmi, RAM göstəricisi və arxa kameralar üzrə fərqlənirlər. Beləliklə Black Shark 4S modeli Snapdragon 870 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi və 48 MP (f/1.79 diafraqma) + 8 MP (super geniş bucaqlı obyektiv) + 5 MP (makroobyektiv) üçlü arxa kamera ilə təchiz olunub.
        Black Shark 4S Pro modeli isə Snapdragon 888+ prosessoru, 12/16 GB RAM, 256/512 GB daxili yaddaş həcmi və 64 MP (f/1.79 diafraqma) + 8 MP (super geniş bucaqlı obyektiv) + 5 MP (makroobyektiv) üçlü arxa kamera ilə təchiz olunub. Ön kamera və batareya həcminə gəldikdə isə hər iki smartfon 20 MP-lik ön kameraya və 120 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyaya sahibdir. Smartfonlar JOY UI 12.5 interfeysli Android 11 vasitəsilə çalışırlar. Smartfonların satış qiymətləri aşağıdakı kimidir:
    - 8 GB RAM-a və 128 GB yaddaşa sahib Black Shark 4S - 420$
    - 12 GB RAM-a və 128 GB yaddaşa sahib Black Shark 4S - 465$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib Black Shark 4S - 510$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib Black Shark 4S Pro - 745$
    - 16 GB RAM-a və 512 GB yaddaşa sahib Black Shark 4S Pro - 853$
    Linki kopyala