Reklam
Yeni Xiaomi Civi smartfonu təqdim olunub - QİYMƏTİ

Yeni Xiaomi Civi smartfonu təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
27.09.2021 PAYLAŞIM

    Yeni məhsulların təqdimatları çərçivəsində Xiaomi şirkəti özünün yeni smartfon modelini təqdim edib. Təqdim edilmiş yeni smartfon ilk növbədə gənc insanlar üçün nəzərdə tutulub. Buna görə də şirkət yeni Xiaomi Civi smartfonunda əsas diqqəti xarici görünüşə və kameralara ayırıb. Xiaomi Civi modeli kompakt ölçülərə sahib smartfon rolunda çıxış edir. Onun gövdəsinin qalınlığı 6.98 mm, çəkisi isə 166 qramdır. Bununla belə kənar çərçivələrin eni 1.55 mm təşkil edir. Smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym AMOLED ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı Xiaomi Civi-nin ekranı HDR10+Dolby Vision texnologiyalarının dəstəyinə sahibdir.


    Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Əsas texniki özəlliklərə gəldikdə isə smartfon Snapdragon 778G 5G prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP + 8 MP (120 dərəcə bucaq təsvirli ultragenişbucaqlı obyektiv) + 2 MP (makroobyektiv) üçlü arxa kamera, 32 MP-lik ön kamera və 55 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, smartfon həmçinin stereo səsgücləndiricilərə sahibdir və Dolby Atmos texnologiyasını dəstəkləyir. Xiaomi Civi-nin satışlarına 30 sentyabr tarixində Çində start veriləcək. Smartfonun qlobal bazarda satışa çıxıb-çıxmayacağı barəsində məlumat verilməyib. Onun Çində satış qiymətləri isə aşağıdakı kimidir:

- 8 GB RAM + 128 GB yaddaş - 405$

- 8 GB RAM + 256 GB yaddaş - 450$

- 12 GB RAM + 256 GB yaddaş - 495$

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


POCO F4 və POCO X4 GT smartfonları təqdim olunub - QİYMƏTİ

Xiaomi tərəfindən keçirilmiş rəsmi təqdimat çərçivəsində POCO brendi öz yeni smartfonlarını təqdim e..


Nothing Phone (1)-in bəzi texniki özəllikləri Geekbench vasitəsilə təsdiqlənib..

Təqdimata hazırlaşan Nothing Phone (1) smartfonunun dizaynı və hətta çalışma prosesi daha öncədən sə..


iPhone 14 smartfonları bir dəfə şarj olunandan sonra əvvəlki iPhone-lardan daha ..

Çinin Baidu adlı sosial şəbəkəsində iPhone 14 smartfonlarının vacib özəlliklərindən birini əhatə edə..


6000 mAh batareyaya sahib büdcəli Galaxy F13 smartfonu təqdim olunub - QİYMƏTİ..

Samsung şirkəti Galaxy F13 adlı yeni büdcəli smartfonunu təqdim edib.


Nothing Phone (1)-in hərtərəfli dizaynı və unikal funksiyaları sərgilənib (VİDEO..

MKBHD adlı Youtube kanalının müəllifi məşhur blogger Marques Brownlee OnePlus şirkətinin keçmiş həmt..


Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fotoları ortaya çıxıb

Twitter-də Xiaomi şirkətinin təqdimata hazırlaşan Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fot..

×