
Yenilənmiş GoPro Max 360 kamerası təqdim edilib - QİYMƏTİ
Cihazlar+
19.02.2025
Emil
GoPro 5 il əvvəl orijinal modelin təqdimatından sonra ilk dəfə Max 360 kamerasının yenilənmiş versiyasını təqdim edib. Yeni model 5.6K keyfiyyətində video çəkmə imkanını qoruyub saxlamaqla yanaşı, daha güclü batareya, təkmilləşdirilmiş bərkitmə sistemi, yenilənmiş mobil tətbiq və daha aşağı satış qiyməti ilə gəlib. Yenilənmiş Max 360 kamerasında iki linza mövcuddur və hər biri 1440p keyfiyyətində video çəkə bilir, bu da 360 dərəcə bucaq əhatəni təmin edir. Ən mühüm yeniliklərdən biri təkmilləşdirilmiş montaj sistemi olub.

Kamera 1/4-20 dişli bərkitmə sistemi ilə təchiz edilib və bu onun standart tripodlara quraşdırılmasını asanlaşdırır. Bundan əlavə, istehsalçılar yeni kameranı 1600 mAh enerji tutumlu Max Enduro batareyası ilə təchiz ediblər. Bu batareya hətta -10 dərəcə Selsiyə qədər soyuq havada belə avtonom işləmə müddətini artırır. Ancaq təqdimat zamanı istehsalçı kameranın tam nə qədər müddət ərzində enerji tükənmədən çalışa biləcəyini açıqlamayıb.

Kameranın gövdəsinə 6 ədəd mikrofon yerləşdirilib ki, bu da səs keyfiyyətini yaxşılaşdırır və xarici səsləri azaldır. Bundan başqa, cihazın proqram təminatı və Quik tətbiqi də təkmilləşdirilib. Yeni funksiyalar arasında süni zəka əsaslı obyekt izləmə alqoritmi var ki, bu da seçilmiş obyektə avtomatik fokuslanma imkanı yaradır. Eyni zamanda, bucaq əhatəsinin dəqiq idarə olunması üçün yeni bir alət əlavə edilib. Digər yeniliklər arasında:
- CameraFX - bir toxunuşla kinematoqrafik kamera hərəkəti əlavə etmək
- TimeWarp 360 - 360 dərəcə timelaps videolar yaratmaq
- Frame Grab Tool - videodan ayrıca kadrlar çıxarmaq.
Yenilənmiş GoPro Max 360 artıq satışa çıxıb və onun qiyməti 349$ təşkil edir.
Mənbə: GoPro
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
GoPro Hero 13 Black və GoPro Hero action kameraları təqdim edilib - QİYMƏTİ
GoPro şirkəti öz yeni action kameralarını təqdim edib. Söhbət, GoPro Hero 13 Black və GoPro Hero modellərindən gedir.

Cihazlar+
GoPro öz yeni action kameralarının təqdimatlarını anons edib
GoPro şirkəti öz yeni action kameralarının təqdimatlarını anons edib.

Cihazlar+
GoPro Hero 13 Black action kamerasının keyfiyyətli fotoları ortaya çıxıb
Öz action kameraları ilə tanınan GoPro şirkəti yaxın zamanda GoPro Hero 13 Black adlı yeni action kamerasını təqdim etməlidir.

Cihazlar+
İkinci nəsil GoPro Max-ın fotosu təqdim edilib
X (keçmiş Twitter) sosial şəbəkəsinin istifadəçilərindən biri 360 dərəcəlik çəkilişlər üçün nəzərdə tutulmuş GoPro Max kamerasının ikinci nəslinin fotosunu təqdim edib.
Ən çox oxunanlar

ChatGPT dünyanın ən çox yüklənən tətbiqinə çevrilib
