
Yüksək dözümlülüyə sahib Samsung Galaxy Xcover 7 smartfonunun render fotoları ortaya çıxıb
Cihazlar+
14.11.2023
Emil
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti yüksək dözümlülüyə sahib Galaxy Xcover 7 smartfonu üzərində çalışır. İndi isə insayderlər sözügedən yeni smartfonun render fotolarını təqdim ediblər. Məlumatda qeyd edilib ki, smartfonun gövdəsi sudan və zərbələrdən qorunma özəlliyinə sahib olacaq. Arxa paneldə bir ədəd kamera yerləşəcək. Ön paneldən isə smartfon damcı formalı kamera çıxıntısına sahib olacaq və yastı ekranı əldə edəcək. Galaxy Xcover 7-nin texniki göstəriciləri məlum deyil. Sadəcə olaraq güman etmək olar ki, smartfon OLED ekranı, Snapdragon və ya Exynos prosessorunu əldə edəcək. Galaxy Xcover 7-nin gələn ilin əvvəlində təqdim olunacağı gözlənilir.


Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
