
Yüksək təsvir yenilənməsinə sahib AOC 25G4S gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
16.10.2024
Emil
AOC şirkəti yüksək təsvir yenilənməsinə sahib yeni gaming monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru AOC 25G4S adlanır. Beləliklə bu yeni monitor 310 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 24.5 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.3 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və DCI-P3 rəng diapazonunun 92%-ni əhatə edir. Monitor özündə HDMI 2.0 və DisplayPort 1.4 girişlərini birləşdirir. AOC 25G4S yaxın günlərdə Çində satışa çıxacaq və onun qiyməti 140$ təşkil edəcək. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
