Logo
    main-post-cover

    Yüksək təsvir yenilənməsinə sahib AOC AG276QKD gaming monitoru təqdim edilib

    Cihazlar+
    23.10.2024
    Emil
         AOC şirkəti yüksək təsvir yenilənməsinə sahib yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru AOC AG276QKD adlanır. Beləliklə bu yeni monitor 480 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 26.5 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 98.5%-ni əhatə edir. Monitor özündə OLED Care texnologiyasını birləşdirir. Bu texnologiya ekranın yanması halının qarşısını almaq üçün nəzərdə tutulub. Monitor 5 vatt gücündə iki ədəd səsgücləndiriciyə və HDMI 2.1, DisplayPort 1.4 girişlərinə sahibdir. AOC AG276QKD-nin nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat verilməyib.
    Paylaş