main-post-cover

    Yüksək təsvir yenilənməsinə sahib AOC AGON PRO AG276FK gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    14.11.2024
    Emil Nəcəfov
         AOC şirkəti yüksək göstəricidə təsvir yenilənməsinə sahib yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC AGON PRO AG276FK adlanır. Beləliklə bu yeni monitor 520 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.5 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 119.8%-ni, DCI-P3 rəng diapazonunun 94.4%-ni, Adobe RGB rəng diapazonunun isə 94.3%-ni əhatə edir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4 USB 3.2 girişlərini birləşdirir. AOC AGON PRO AG276FK bu ay ərzində satışa çıxacaq və onun qiyməti 659 avro təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    AOC U27G40E gaming monitoru təqdim edilib - QİYMƏTİ
    aoc-u27g40e-gaming-monitoru-teqdim-edilib-qiymeti
    AOC Q27G4XM gaming monitoru təqdim edilib
    aoc-q27g4xm-gaming-monitoru-teqdim-edilib
    AOC Agon Pro AG346UCD gaming monitoru təqdim edilib - QİYMƏTİ
    aoc-agon-pro-ag346ucd-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Yüksək təsvir yenilənməsinə sahib AOC AG276QKD gaming monitoru təqdim edilib
    yuksek-tesvir-yenilenmesine-sahib-aoc-ag276qkd-gaming-monitoru-teqdim-edilib
    AOC Q27G11SE gaming monitoru təqdim edilib
    aoc-q27g11se-gaming-monitoru-teqdim-edilib