ZTE flaqman prosessora sahib olacaq qatlana bilən smartfon üzərində çalışır

ZTE flaqman prosessora sahib olacaq qatlana bilən smartfon üzərində çalışır

Mobil Cihazlar
12.05.2023 PAYLAŞIM

    ZTE şirkəti digər Android smartfon istehsalçılarının ardınca qatlana bilən smartfonlar bazarına daxil olmağı planlaşdırır. İnsayderlərin verdikləri məlumata əsasən şirkət hal hazırda Nubia Z60 Fold adlı qatlana bilən smartfon üzərində çalışır. Məlumatda qeyd edilib ki, sözügedən smartfon 7.3 düym əsas AMOLED ekran ilə təchiz olunacaq.

    Smartfonun əlavə ekranı barəsində isə heç bir məlumat verilməyib. Bununla yanaşı insayderlər bildiriblər ki, Nubia Z60 Fold smartfonu Snapdragon 8 seriyasına daxil olan flaqman prosessor vasitəsilə çalışacaq və özündə 256/512 GB daxili yaddaş həcmini və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Məlumata əsasən ZTE-nin ilk qatlana bilən smartfonu bu ilin dördüncü rübündə təqdim olunacaq.




DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×