Logo
    main-post-cover

    ZTE nubia Pad 3D II planşetinin təqdimatı anons edilib

    Cihazlar+
    23.02.2024
    Emil
         ZTE şirkəti artıq rəsmi şəkildə elan edib ki, o, MWC 2024 sərgisi çərçivəsində qatlana bilən qapaqlı nubia Flip 5G smartfonunu təqdim edəcək. İndi isə məlum olub ki, ZTE sərgi çərçivəsində daha bir cihazını təqdim edəcək. Söhbət, nubia Pad 3D II adlı planşetdən gedir. Planşetin təqdimatı 26 fevral tarixində baş tutacaq. Təqdim edilmiş tizer posterə əsasən sözügedən planşet süni zəka funksiyalarını, 5G dəstəyini və hətta 3D texnologiyasının dəstəyini əldə edəcək. Bu isə o deməkdir ki, planşet öz ekranında 3D görüntünü əks etdirə biləcək və bu cür görüntünü izləmək üçün heç bir 3D eynəyə ehtiyac qalmayacaq. Bununla yanaşı tizer poster vasitəsilə məlum olub ki, nubia Pad 3D II planşeti ikili arxa kameraya sahib olacaq.
    Paylaş