main-post-cover

    ZTE şirkəti Nubia Z60 adlı növbəti flaqman smartfonu üzərində çalışır

    Cihazlar+
    18.10.2023
    Emil Nəcəfov
         ZTE şirkəti özünün Nubia brendi altında yeni flaqman smartfonu üzərində çalışır. Söhbət, Nubia Z60 smartfonundan gedir. Digital Chat Station ləqəbli məşhur insayder isə öz növbəsində sözügedən smartfonun texniki göstəriciləri barəsində məlumat verib. İnsayder bildirib ki, ZTE Nubia Z60 smartfonu ekranın alt hissəsinə yerləşdirilmiş ön kamerası ilə seçiləcək. Bundan əlavə olaraq smartfon bu ayın sonunda təqdim ediləcək Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. ZTE Nubia Z60 barəsində digər bir məlumat verilməyib. Onun nə zaman təqdim olunacağı da bilinmir. Böyük ehtimal ilə smartfonun təqdimatı gələn ilin əvvəlində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər