main-post-cover

    5G şəbəkə dəstəkli Xiaomi Mi Mix 3 5G smartfonu təqdim olundu (MWC 2019)

    Digər
    MWC 2019
    25.02.2019
    Emil Nəcəfov
        Xiaomi şirkəti Barselonadakı MWC 2019 sərgisində özünün Mi Mix 3 flaqman smartfonunun təkmilləşdirilmiş versiyasını təqdim etdi. Yeni modelin adi modeldən əsas fərqi ondadır ki, yeni model Snapdragon 855 prosessoru və Snapdragon X50 5G çipi ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, keçən ilki Mi Mi 3 modeli Snapdragon 845 prosesssoru ilə təchiz olunurdu. Bundan əlavə olaraq yeni modeldə batareya həcmi də artırılıb. Belə ki, keçən ilki Mi Mix 3 modeli 3200 mAh enerji tutumlu batareya ilə təchiz olunurdusa, Mi Mix 3 5G modeli 3800 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

        Digər göstəricilər baxımından isə bu elə həminki Mi Mix 3 modelidir. Yeni model 19.5:9 nisbətli 2340x1080 piksel keyfiyyətli 6.39 düym AMOLED ekran, Snapdragon 855 prosessoru, Adreno 640 qrafik sürətləndirici, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 12 MP (f/1.8 diafraqmalı Sony IMX363 kamera modulu) + 12 MP (f/2.4 diafraqmalı Samsung S5K3M3 kamera modulu) ikili arxa kamera və 24 MP + 2 MP ikili ön kamera ilə təchiz olunub. Yeni smartfon modeli 5G şəbəkəsini dəstəklədiyi üçün maksimum yükləmə sürəti saniyədə 2 Gbit-i keçir. Məsələn 256 MB həcmli Full HD keyfiyyətli 15 dəqiqəlik videonu və ya 26 ədəd MP3 faylı bu smartfon 1 saniyə ərzində yükləyir.

        Beləliklə Mi Mix 3 5G modeli bu ilin may ayında Avropada 599 avro qiymətində satışa çıxacaq. Bundan əlavə olaraq şirkət bir neçə müddət bundan öncə təqdim etmiş olduğu Mi9 flaqan modelinin qlobal versiyasının satış tarixi və qiyməti barəsində də məlumat verdi. Beləliklə Mi9 28 fevral tarixində qlobal bazarda satışa çıxacaq. 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 449 avro, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya isə 499 avro qiymətində satılacaq.
    Linki kopyala