Samsung şirkəti Barselonada Galaxy A30 ilə A50 smartfonlarını təqdim etdi (MWC 2019)

Samsung şirkəti Barselonada Galaxy A30 ilə A50 smartfonlarını təqdim etdi (MWC 2019)

MWC 2019
26.02.2019 PAYLAŞIM

   

 Samsung şirkəti Galaxy S10 seriyası ilə qatlana bilən Galaxy Fold smartfon modellərindən başqa MWC 2019 sərgisinə özünün A seriyasının iki smartfon modelini də gətirib. Söhbət Galaxy A30 ilə A50 modellərindən gedir. Sözügedən smartfon modelləri şirkətin ilk cihazlarıdır ki, Infinity-U AMOLED ekranlarla təchiz olunublar. Galaxy A50 modeli isə şirkətin orta büdcəli seriyasının ilk smartfonudur hansı ki, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasına sahibdir. Beləliklə Galaxy A50 smartfonu Samsung şirkətinin A seriyasının flaqman modeli hesab edilir.


    O, 6.4 düym Infinity-U AMOLED ekran ilə təchiz olunub və ekran üzərində V şəkilli çıxıntı hissə yerləşir. Bundan əlavə olaraq sözügedən smartfon modeli Galaxy S10 ilə Galaxy S10 Plus smartfonları kimi ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasına sahibdir. Əsas texniki göstəricilərə gəldikdə Galaxy A50 smartfonu bilinməyən 8 nüvəli prosessor (çox güman ki, Exynos 9610), 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 25 MP (f/1.7 diafraqmalı) + 8 MP (f/2.2 diafraqmalı) + 5 MP (f/2.2 diafraqmalı) üçlü arxa kamera, 25 MP-lik (f/2.0 diafraqmalı) ön kamera və sürətli enerji yığma özəllikli 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.


    Galaxy A50 modeli Bixby səsli köməkçisinin bütün özəlliklərini də dəstəkləyir. Bununla yanaşı smartfonun kameraları həmçinin çəkiliş zamanı süni zəka alqoritmlərindən də istifadə edir. Galaxy A30-a gəldikdə isə o, 6.4 düym Infinity-U AMOLED ekran (ekran üzərində V şəkilli çıxıntı hissəyə sahib) bilinməyən 6 nüvəli prosessor, 3/4 GB RAM, 32/64 GB daxili yaddaş həcmi, 16 MP + 5 MP ikili arxa kamera, 16 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər iki smartfon modeli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Galaxy A30 ilə Galaxy A50 modelləri gələn ayın ortasında satışa çıxacaqlar. Onların qiymətləri barəsində hələki heç bir məlumat verilməyib.

Qeyd edək ki, MWC 2019 yayımlarımızın sponsoru Kontakt Home mağazalar şəbəkəsidir.


SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Huawei Mate 20 Pro MWC 2019 sərgisinin ən yaxşı smartfonu seçildi

Hər il Barselonada keçirilən MWC (Mobile World Congress) sərgisinin təşkilatçısı olan GSMA şirkəti b..


Huawei P30 Pro smartfonu Barselonada bağlı qapılar arxasında sərgilənib (MWC 201..

Huawei şirkəti MWC 2019 sərgisinə özünün qatlana bilən smartfon modeli olan Mate X-dən əlavə olaraq ..


OnePlus şirkəti Barselonada özünün ilk 5G smartfon modelini sərgiləyib (MWC 2019..

Hal hazırda Barselonada keçirilən MWC 2019 sərgisində OnePlus şirkəti tam hazır şəkildə özünün heç b..


18000 mAh batareyalı əjdaha: Energizer Power Max P18K Pop smartfonu təqdim edili..

Energizer brendi altında smartfon istehsalı ilə məşğul olan Avenir Telecom şirkəti Barselonada keçir..


Microsoft şirkəti Barselonada HoloLens 2 artırılmış reallıq eynəyini təqdim edib..

Microsoft şirkəti MWC 2019 sərgisində HoloLens 2 artırılmş eynəyini təqdim edib.


Sony şirkəti tamamilə yeni Xperia 1-i və 3 ədəd digər Xperia smartfonunu təqdim ..

Heç gözlənilmədən şirkət maraqlı sürpriz etdi. Belə ki, Sony Xperia XZ4-ün yerinə Xperia 1 adlı smar..