Logo
    main-post-cover

    2026-cı ilin ən az yürüş məsafəsinə malik elektromobilləri açıqlanıb

        Elektrikli avtomobillərin bir şarjla qət edə bildiyi məsafə hər il artsa da, bazarda hələ də əsasən şəhərdaxili istifadə üçün nəzərdə tutulan modellər qalmaqdadır. 2026-cı il üçün təqdim olunan bəzi elektromobillər tam şarjla 250 mildən (təxminən 402 km) belə az məsafə qət edir. Müasir elektromobillərin bir çoxu artıq 300 mildən (təxminən 483 km) çox yürüş ehtiyatı təklif etsə də, bəzi modellər daha kiçik batareya və aşağı qiymət hesabına bu göstəricidən geri qalır. ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) rəsmi qiymətləndirmələrinə əsasən hazırlanan siyahıda ən az yürüş məsafəsinə malik elektromobillər yer alıb.
    A gray Mini Countryman SE ALL4 parked on the street in front of a brick wall
        Siyahının ilk pilləsində Fiat 500e qərarlaşıb. Model 42 kVt/saat tutumlu batareyası ilə bir şarjla cəmi 149 mil (təxminən 240 km) yol qət edə bilir. Bu göstərici onu əsasən şəhərdaxili gündəlik istifadə üçün uyğun avtomobilə çevirir. Digər modellər isə aşağıdakı kimidir:
    • Hyundai Kona Electric SE200 mil (322 km)
    • Mini Countryman SE ALL4216 mil (348 km)
    • Lexus RZ 550e F Sport AWD229 mil (369 km)
    • Toyota bZ235 mil (378 km)
    • Kia EV6237 mil (381 km)
        Mütəxəssislər bildirirlər ki, elektromobilin real yürüş məsafəsi yalnız istehsalçının açıqladığı göstəricidən asılı deyil. Hava temperaturu, sürücülük tərzi, avtomobilin yükü və sürət kimi amillər də batareyanın performansına təsir göstərir. Xüsusilə soyuq hava şəraitində yürüş məsafəsi 20-40 % arasında azala bilər.
    Paylaş