Logo
    main-post-cover

    5 ildir ertələnən yeni Tesla Roadster, 2025-ci ildə istehsala girəcək!

    Nəqliyyat
    24.07.2024
    Farid

         Tesla CEO-su Elon Musk, şirkətin maliyyə nəticələri zamanı verdiyi açıqlamada yeni Tesla Roadster modelinin 2025-ci ildə istehsala girəcəyini və mühəndislik addımlarının çoxunun tamamlandığını söyləyib.

         Elon Musk, şirkətin maliyyə nəticələri zamanı Tesla Roadster modelinin 2025-ci ildə istehsala girəcəyini açıqlayıb. CEO, bu barədə açıqlamasında "Biz Roadster-də mühəndislik işlərinin çoxunu tamamladıq və düşünürəm ki, hələ də etmək istədiyimiz bəzi təkmilləşdirmələr var, lakin biz gələn il Roadster ilə istehsalda olacağımızı gözləyirik" deyə bildirib. Tesla Roadster 2, ilk dəfə 2017-ci ildə möhtəşəm şəkildə təqdim edilmiş və avtomobilin 2020-ci ildə buraxılacağı açıqlanmışdı. Əslində, avtomobil 50 min dollar depozit 250.000 dollar gözlənilən qiymətlə əvvəlcədən sifarişlər üçün açılmışdı. Lakin bu məqamda ilkin planın 5 il gerisində qaldığı görünür.
         Bu ilin əvvəlində Musk, ikinci nəsil yeni Tesla Roadster-in 0-dan 100 km/saata 1 saniyədən az müddətdə çıxa biləcəyini söyləmişdi. CEO, hətta avtomobil ilə bağlı kosmik şirkəti SpaceX ilə əməkdaşlıq ediləcəyini və 10 kiçik raket gücləndiricisinin avtomobilin ətrafına problemsiz şəkildə əlavə ediləcəyini bildirmişdi. Roadster təqdim edilən zaman Tesla, 3 elektrik mühərriki 200 kWh-lıq batareya ilə avtomobilin 0-dan 100 km/saata 1.9 saniyəyə çatacağı sözünü vermişdi. Həmçinin, bu quraşdırma ilə Roadster-in bir şarjla 990 km yol qət edə biləcəyi də açıqlanmışdı. 2017-ci ildə təqdim edilən avtomobil, 4 nəfərlik idi, lakin orijinal konseptin ortaya çıxmasından sonra dizaynın əhəmiyyətli dərəcədə dəyişildyi ehtimal edilir. İkinci nəsil Roadster-in bu qədər gecikməsinin səbəblərindən biri də gecikmələrlə üzləşən və keçən il buraxılan Cybertruck pikapıdır.
    Paylaş