Logo
    main-post-cover

    ABŞ-dən robotaksi şirkətlərinə ultimatum

        ABŞ-nin Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyası (NHTSA) avtonom avtomobil texnologiyası hazırlayan şirkətlərə rəsmi xəbərdarlıq edib. Qurum bildirib ki, sürücüsüz avtomobillərin polis, yanğınsöndürmə və təcili tibbi yardım xidmətlərinin işinə mane olması qəbuledilməzdir və bu problem təcili şəkildə aradan qaldırılmalıdır.
    Waymo cars can now drive themselves in Philly - WHYY
        NHTSA rəhbəri Conatan Morrison şirkətlərə ünvanladığı məktubda qeyd edib ki, agentlik son dövrlərdə sürücüsüz avtomobillərin fövqəladə hadisə yerlərinə daxil olması, təcili yardım və yanğınsöndürmə maşınlarının yolunu bağlaması, eləcə də sayrışan işıqları, yol konuslarını, tüstünü, alovu və digər təhlükəsizlik siqnallarını düzgün tanımaması ilə bağlı ardıcıl halları müəyyən edib.
        Qurum avtonom avtomobil istehsalçılarına bu problemin həlli ilə bağlı hazırladıqları planları ayın sonunadək təqdim etməyi tapşırıb. Məktubda vurğulanır ki, fövqəladə hallar "nadir və ya istisna vəziyyət" hesab edilə bilməz. Buna görə də avtonom idarəetmə sistemləri bu cür şəraitdə təhlükəsiz davranmağı bacarmalıdır. NHTSA məktubunda konkret şirkətin adını çəkməsə də, sənədin əsasən robotaksi xidmətləri göstərən şirkətlərə, xüsusilə də Waymo-ya yönəldiyi bildirilir. Waymo isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.
    Paylaş