Logo
    main-post-cover

    Amazon-a məxsus Zoox zolaq pozuntularına görə proqram yeniləməsi edir

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Zoox avtonom sürücülük sistemində aşkar edilən problemlərlə bağlı proqram təminatı üçün könüllü geri çağırma (recall) elan edib. Amazon-a məxsus olan şirkətin verdiyi məlumata görə, yeniləmə ABŞ-nin National Highway Traffic Safety Administration (NHTSA)-ya təqdim edilən sənədlərdə qeyd olunub və ümumilikdə 332 ədəd sürücüsüz Zoox avtomobilini əhatə edir.
    Here's How Amazon-Owned Zoox Is Expanding Its Operations
        Məsələnin mahiyyəti ondan ibarətdir ki, bəzi hallarda Zoox-un robotaksi avtomobilləri kəsişmələrə yaxın ərazilərdə zolaq xəttini keçib, yaxud piyada keçidlərini müvəqqəti bağlayıb. Şirkət bildirib ki, indiyə qədər bu problemlə bağlı heç bir yol-nəqliyyat hadisəsi qeydə alınmayıb, lakin risk ehtimalı mövcuddur. Zoox hazırda San-Fransisko və Las-Veqas şəhərlərində ictimaiyyət üçün pulsuz robotaksi xidmətləri təqdim edir. Şirkətin sözçüsünün TechCrunch-a açıqlamasına görə, müəyyən manevrlər insan sürücülər üçün adi sayılsa da, Zoox-un təhlükəsizlik standartlarına uyğun gəlməyib. Məsələn, qırmızı işıqda kəsişməni bağlamamaq üçün avtomobilin piyada keçidində dayanması və ya gec edilən dönmə nəticəsində geniş trayektoriya ilə hərəkət etməsi bu hallara daxildir.
        Problemin ilk dəfə 26 avqust tarixində aşkar edildiyi bildirilib. Həmin gün Zoox robotaksisi geniş sağa dönmə zamanı qarşı hərəkət zolağına qismən daxil olub və qısa müddətə əks istiqamətdən gələn nəqliyyatın qarşısında dayanıb. Sonradan aparılan monitorinq nəticəsində 26 avqust – 5 dekabr tarixləri arasında oxşar 62 hal müəyyən edilib. Zoox NHTSA ilə bu hadisələrin tezliyi, ciddiliyi və səbəbləri ilə bağlı müzakirələri davam etdirdiyini açıqlayıb. Şirkət problemi aradan qaldırmaq üçün proqram təminatını 7 noyabrda və dekabr ayının ortalarında yeniləyib.
    Paylaş