Logo
    main-post-cover

    Apple CarPlay-ə ChatGPT və digər AI çatbot dəstəyi gəlir

        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Apple avtomobildə süni intellekt imkanlarını genişləndirməyə hazırlaşır. Şirkətin yenilənmiş CarPlay Developer Guide sənədinə əsasən, iOS 26.4 versiyası ilə birlikdə CarPlay artıq səs əsaslı AI çat tətbiqlərini dəstəkləyəcək. Bu isə o deməkdir ki, sürücülər yaxın zamanda avtomobil idarə edərkən OpenAI tərəfindən hazırlanmış ChatGPT və ya Google Gemini kimi üçüncü tərəf süni intellekt çat-botları ilə danışa biləcəklər.
    Apple CarPlay logo on phone screen in front of Tesla touch display
        İndiyə qədər CarPlay istifadəçiləri yalnız Siri vasitəsilə səsli əmrlər verə bilirdilər. Yeniləmə isə AI əsaslı tətbiqlərlə sual-cavab formatında ünsiyyət imkanı yaradacaq.
        Lakin burada bəzi məhdudiyyətlər var:
    • ChatGPT və Gemini kimi tətbiqlər CarPlay ilə işləmək üçün ayrıca yenilənməlidir.
    • “Wake word” (məsələn, “Hey ChatGPT”) funksiyası aktiv olmayacaq. İstifadəçi tətbiqi əl ilə açmalıdır.
    • AI çatbotlar vasitəsilə avtomobilə və ya iPhone-a birbaşa əmrlər vermək mümkün olmayacaq. Yəni, istifadəçilər suallar verə biləcəklər, amma avtomobil funksiyalarını idarə edə bilməyəcəklər.
    Paylaş