Apple elektromobil layihəsi barəsində yeni təfərrüatlar məlum olub
Nəqliyyat
29.02.2024
Emil Nəcəfov
Dünən məlumat ortaya çıxdı ki, Apple şirkəti öz elektromobil layihəsini tamamilə ləğv edib. İndi isə The New York Times bu mövzu ilə bağlı yeni təfərrüatları təqdim edib. Məlum olub ki, Apple bu mövzuda hazır biznesi almağı nəzərdən keçirirmiş. Belə ki, şirkət Tesla-nın alınması mövzusunda Elon Musk ilə danışıqlar aparıb. Məlumatda qeyd edilib ki, Apple şirkətinin bəzi əməkdaşları bu layihənin ləğv edilməsinə seviniblər. Belə ki, onlar Apple elektromobilinin uğursuz olma ehtimalının yüksək olduğunu düşünürlər. The New York Times-ın təqdim etmiş olduğu məlumatlarda qeyd edilib ki, Apple öz elektromobili üzərində ilk Apple Watch modelinin hazırlanma mərhələsinin yekunlaşmasından sonra çalışmağa başlayıb.
Yəni söhbət, 2014-cü ildən gedir. Həmin illərdə Apple Tesla ilə rəqabət aparmağa və avtomobil sahəsinin müəyyən hissəsini əldə etməyə hədəflənmişdi. Ən maraqlısı isə ondadır ki, Apple rəhbərliyinin Tesla-nın alınması mövzusunda Elon Musk ilə danışıqlar aparmış olduğu iddia edilir. Lakin daha sonra rəhbərlik belə bir qənaətə gəldi ki, fərdi elektromobilin hazırlanması daha perspektivli olacaq. Qeyd etmək lazımdır ki, 2020-ci ildə Tesla Model 3 elektromobilinin hazırlanma prosesində çətinliklər yarandığı zaman Musk-ın özü Apple CEO-su Tim Cook-a Tesla-nın satılması təklifini göndərmişdi.
Musk-ın sözlərinə əsasən həmin vaxtda Cook bu cür təklifdən imtina etdi. Həmin xəbərdən yarım il sonra The Wall Street Journal qeyd etmişdi ki, Tim Cook müəyyən müddətdən sonra Musk-a Tesla-nın əldə edilməsi təklifini edib. Məlumatda qeyd edilmişdi ki, Musk təklifdə maraqlı olsa da onun bir şərti var idi. Belə ki, Musk Apple şirkətinin CEO-su olmalı idi. The New York Times-ın məlumatlarında qeyd edilmiş ən maraqlı fakt isə ondan ibarətdir ki, Apple öz elektromobil layihəsinə ümumilikdə 10 milyard dollar vəsait sərf edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Keçmiş Android istifadəçiləri keçən il hansı iPhone modellərinə üstünlük veriblər?
Keçmiş Android istifadəçiləri keçən il hansı iPhone modellərinə üstünlük veriblər?
CIRP adlı şirkətin analitikləri smartfonlar bazarını analiz edərək maraqlı statistikanı təqdim ediblər.
iPadOS 18-i əldə edəcək iPad planşetlərinin siyahısı məlum olub
iPadOS 18-i əldə edəcək iPad planşetlərinin siyahısı məlum olub
Apple şirkəti iyul ayında keçiriləcək WWDC 2024 konfransı çərçivəsində iOS 18 ilə yanaşı həmçinin iPadOS 18 əməliyyat sistemini də təqdim edəcək.
iOS 18-i əldə edəcək iPhone modellərinin qeyri-rəsmi siyahısı təqdim edilib
iOS 18-i əldə edəcək iPhone modellərinin qeyri-rəsmi siyahısı təqdim edilib
Apple şirkəti iyun ayında baş tutacaq WWDC 2024 konfransı çərçivəsində iOS 18 əməliyyat sistemini təqdim edəcək.
Apple yeni naqilsiz Beats qulaqlığını hazırlayır
Apple yeni naqilsiz Beats qulaqlığını hazırlayır
İnsayderlərin vermiş olduqları məlumata əsasən Apple şirkəti Beats Solo seriyasının yeni naqilsiz qulaqlığı üzərində çalışır.
Tesla yeni nəsil Roadster-i artıq gələn il satışa çıxara bilər
Tesla yeni nəsil Roadster-i artıq gələn il satışa çıxara bilər
Tesla şirkəti yeni nəsil Roadster idman elektromobilini hələ 2017-ci ilin sonunda təqdim etmişdi.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!