main-post-cover

    Apple öz elektromobil layihəsini ləğv edib

    Nəqliyyat
    28.02.2024
    Emil Nəcəfov
         Uzun illər ərzində Apple şirkətinin öz elektromobili üzərində çalışdığı barəsində məlumatlar ortaya çıxırdı. Güman etmək olar ki, bütün bu illər ərzində şirkət sözügedən layihəsinə milyardlarla dollar vəsait sərf edib. Lakin görünür, bütün bunlar əbəs yerə imiş. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple öz elektromobilini 2028-ci ildə təqdim edə bilər. Lakin Bloomberg saytının vermiş olduğu məlumata əsasən şirkət nəticə etibarilə elektromobil layihəsindən imtina edib və müvafiq olaraq bu layihəni bağlayıb.
         Məlumata əsasən şirkət öz elektromobil layihəsinin ləğv edildiyi barəsində məlumatı bu həftənin əvvəlində layihə üzərində çalışmış 2000 nəfər əməkdaşa bildirib. Bloomberg qeyd edib ki, elektromobil layihəsinin ləğv olunması qərarı icraçı direktor Jeff Williams və vitse-prezident Kevin Lynch tərəfindən qəbul edilib. Məlumata əsasən elektromobil layihəsi üzərində çalışmış şirkət əməkdaşlarının çox hissəsi şirkətin süni zəka şöbəsinə yönləndiriləcək. Həmin şöbədə onlar generativ süni zəka layihələri ilə məşğul olacaqlar. Elektromobil layihəsi komandasına daxil olmuş yüzlərlə mühəndis və dizayner şirkətin digər istiqamətləri üzrə olan şöbələrində çalışa bilərlər. Digərləri isə böyük ehtimal ilə işdən azad ediləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 17 və iPhone 17 Plus 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranı əldə edə bilərlər
    iphone-17-ve-iphone-17-plus-120-hz-lik-tesvir-yenilenmesine-sahib-ekrani-elde-ede-bilerler
    Microsoft dəfələrlə Bing-i Apple şirkətinə satmaq təklifini edibmiş
    microsoft-defelerle-bing-i-apple-sirketine-satmaq-teklifini-edibmis
    Apple yeni növ cihazlar üzərində çalışır
    apple-yeni-nov-cihazlar-uzerinde-calisir
    Apple Vision Pro-nun bütün komponentlərinin ümumi dəyəri nə qədərdir?
    apple-vision-pro-nun-butun-komponentlerinin-umumi-deyeri-ne-qederdir
    iPhone 16 Pro üçbucaq formasında arxa kamera dizaynı əldə edə bilər
    iphone-16-pro-ucbucaq-formasinda-arxa-kamera-dizayni-elde-ede-biler